Yuxarı

Deputatdan su təklifinə ironiya edənlərə - Cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yalnız diletantlar belə düşünə bilər. Qənimət Zahidin şərləyənlər dəstəsinin sayıqlamalarına isə əhəmiyyət vermək lazım deyil. Bir vaxtlar kilsə Qalileydən tələb edirdi ki, Yerin öz oxu ətrafında fırlanması ideyasından imtina etsin. Hər kəsin dərk etmək imkanları eyni deyil.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Kürün suyunun Xəzərə axmasının məhdudlaşdırılması üçün Kürün Xəzərə töküldüyü yerdə bənd vurulması təklifini bəzilərinin birmənalı qarşılamamasına cavabında deyib.

Partiyanın mətbuat xidmətinə müsahibəsində millət vəkili qeyd edib ki, Kürün keçdiyi ölkələrdə suya təlabat artır:

“Bununla yanaşı qlobal istiləşmə dövrü başlayıb və Kürün mənbəyini götürdüyü Türkiyənin şimal-şərqindəki dağlara az qar yağır və buzlaqlar sürətlə əriyir. Bunun üçün ölkə ərazisində şirin su ehtiyatları yaradılmalı və sudan qənaətlə istifadə olunmalıdır. Kürün suyu azaldığından Xəzərin duzlu suyu Kürə daxil olur. Artıq Neftçalada insanlar bu problemlə üzləşirlər. Bu problemin qarşısını almağın tək yolu Kürün Xəzərə töküldüyü ərazidə bəndin vurulmasıdır. Mən orda su elektrik stansiyasının tikilməsini təklif etməmişəm ki, Kür kənarındakı yaşayış məntəqələri su altında qalsın. Kürün təbii yatağını su ilə dolduracaq səviyyədə bəndlər vurulmalıdır, həm də Kür boyunca bir neçə yerdə. Kür böyük çay deyil, həmin bəndlərdə şülüzlər qoyulmalıdır ki, ehtiyac olduqda suyun səviyyəsini tənzimləmək mümkün olsun. Artıq sular bəndlərin üstündən aşıb getməlidir. Biz XXI əsrdə yaşayırıq, bu kimi texniki problemləri həll etmək çox sadədir. Həm də 2010- cu ildəki daşqınlardan sonra Kürün sahilləri 5 metr hündürlikdə sədlərlə bərkidilib. Mən bu məsələnin ekoloqlarla müzakirəsinin vacibliyini də vurğulamışdım. Avropada kiçik çaylar üzərində hündürlüyü 1-2 metr olan belə bəndlərin tikilməsi adi haldır. Bundan başqa, kanalizasiya suları təmizlənməli, suvarmada və yaşıllaşdırmada istifadə olunmalıdır. Təbii su ehtiyatları azdırsa, başqa yol yoxdur. Biz bununla həm də Xəzəri çirklənmədən qorumuş olarıq. Tender elan olunmalı və bu iş özəl şirkətlərə tapşırılmalıdır. Kənd təsərrüfatında sənaye üsulu ilə suvarma sisteminə keçilməlidir”.

Tarix
2020.07.05 / 13:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla