Yuxarı

Səfirlik təxribat xarakterli video ilə bağlı açıqlama yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 6-da Azərbaycan vətəndaşı Rəşid Arif oğlu Məmmədov və onu müşayiət edən şəxs ölkəmizin Moskvadakı səfirliyinin binasının önündə çəkdikləri videoda bildirirlər ki, Azərbaycana getmək barədə səfirliyə müraciət etmələrinə baxmayaraq, onları heç kim qəbul etmir və məlumat vermir.

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, videoda deyilənlər həqiqətə uyğun deyil.

“İyulun 2-də səfirliyin vitse-konsulu, birinci katib Rövşən Axundov şəxsən Rəşid Məmmədovla görüşüb və ona mövcud vəziyyəti başa salıb. İyulun 6-da isə səfirliyin konsulluq şöbəsinin əməkdaşı, üçüncü katib Müsənnif Dadaşov adıçəkilən şəxslə iki dəfə telefonla danışaraq, ona hazırkı durumu bir daha izah edib”, - deyə məlumatda bildirilir.

Səfirliyin məlumatında qeyd edilir ki, söhbət zamanı Rəşid Məmmədovun www.evegedirem.info portalında qeydiyyatdan keçmədiyi məlum olub. Ona bildirilib ki, ilk növbədə portalda qeydiyyata düşmüş iki minə yaxın vətəndaşımız növbə ilə Azərbaycana göndərilib. Azərbaycan Hava Yollarının təşkil etdiyi çarter reysləri ilə sözügedən portalda qeydiyyatdan keçənlərlə yanaşı, səhhətində ciddi problemi olan vətəndaşlarımız ölkəmizə yola salınır. Belə olan halda onun Azərbaycana qayıtması məsələsi açıq olaraq qalır.

Məlumatda deyilir ki, Azərbaycanda və Rusiyada karantin rejimi avqustun 1-dək davam edəcək. Bu səbəbdən səfirliyin konsulluq şöbəsində vətəndaşların şəxsən qəbulu keçirilmir. Bu barədə səfirliyin internet səhifəsində və inzibati binasının önündə elan yerləşdirilib. Səfirlikdə fəaliyyət göstərən “qaynar xətt” və elektron poçt vasitəsilə vətəndaşlarımızın müraciətləri qəbul olunur. Martın 19-dan iyulun 7-dək yalnız səfirliyin “qaynar xətti”nə 155 mindən artıq müraciət daxil olub. Hər bir müraciətə də fərdi şəkildə baxılıb, mümkün olan kömək göstərilib.

Səfirlik Azərbaycanın Rusiyadakı çoxsaylı vətəndaşlarına dəfələrlə xəbərdarlıq edib ki, avqustun 1-dək sərhədlər bağlıdır və hər kəsin olduğu yerdə qalması məqsədəuyğundur. Məlumatda deyilir:

“Küçədə çəkilmiş təxribat xarakterli videodan da göründüyü kimi, pandemiya dövründə istifadəsi məcburi olan maska və əlcək geyməyən, sosial məsafə gözləməyən həmin şəxslər edilən xəbərdarlıqlara məhəl qoymurlar. Onlar səfirliyə təzyiq göstərmək məqsədilə səfirliyin qarşısında çəkiliş aparır və binanın önündə konsulluq şöbəsində vətəndaşların qəbulunun dayandırıldığı haqda elanı qəsdən göstərməyərək ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar”.

Tarix
2020.07.07 / 19:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla