Yuxarı

DİN açıqlama yaydı: baş həkimin oğlu həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN açıqlama yaydı: baş həkimin oğlu həbs edildi

Ötən gün Sabirabad şəhərində iki piyadanın ölümü ilə nəticələnən yol qəzası barədə DİN açıqlama yayıb.

Daxili İşlər nazirliyindən Axar.az-a verilən məlumata görə, 7 iyul saat 13 radələrində şəhərin Muğan prospektində yolu keçən piyadalar Banı Əliyeva və qızı Hədiyyə sürücü Kamran Nəsirlinin idarə etdiyi “Mersedes Benz” markalı avtomobillə vurulub. Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.

İstintaq zamanı hadisə yerinə baxış keçirilib, şahid ifadələri alınıb və müvafiq ekspertizalar təyin edilib.

Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub. Ona Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham elan olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.

Tarix
2020.07.08 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla