Yuxarı

Kürdə batanlardan daha birinin meyiti tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürdə batanlardan daha birinin meyiti tapıldı

İyulun 9-da Kür çayında batan şəxslərdən daha birinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildiriblər ki, Kür çayının Zərdab rayonunun Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Həmin gün eyni ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

Qeyd edək ki, Kür çayının Zərdab rayonunun Burunlu kəndi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızı batıblar.

Onlardan 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının meyiti iyulun 9-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.

Tarix
2020.07.11 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla