Yuxarı

Bakıda filsilən axtarılır: İnanılmaz şərtlər, yüksək maaş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda filsilən axtarılır: İnanılmaz şərtlər, yüksək maaş

Rabota.az saytında maraqlı vakansiya elan olunub.

Axar.az xəbər verir ki, sayt 3500–4000 manat məvaciblə filsilən axtarır. Saytda yerləşdirilən vakansiyanı sizə təqdim edirik.

Filsilən

Təcrübə 1 ildən, tam iş günü

3 500 — 4 000 AZN

Zoopark

Bakı, Birləşmiş Ərəb Əmirlikləri

BƏƏ-də zooparka filsilən tələb olunur.

Tələblər:

1. Heyvanlara qarşı iyrənmə və allergiyanın olmaması

2. Təmizkarlıq

3. Həssas barmaqlı uzun əllər

4. Hindistan, Afrika fillərinə qarşı qərəzsiz münasibət

5. Fillərin anatomiyasını bilmək və onların dilini başa düşmək

6. Xoş görkəm və təbəssüm

Vəzifələri:

1. Marifçilik işi aparmaq, işə məsuliyyətlə yanaşmaq

2. Heyvanat parkına gələn adamlarda loyallıq formalaşdırmaq

3. Fil brendinin tanınmasını və heyvanat parkına gələnlərin sayını çoxaltmaq

4. Fildə ən yaxşı insani hissləri ara vermədən tərbiyələndirmək

5. Fil eqoist böyüməməlidir

6. "İşə getmək bayrama getmək kimi" prinsipini rəhbər tutmaq

7. Filin bütün hissələrinə eyni hörmətlə yanaşmaq

8. Yaşamasının çətin məqamlarında: doydurma və boşalma zamanı filin gigiyenasını qayğıkeşliklə təmin etmək

9. Kiçik, böyük və nəhəng həcmli təbii tələbatlarını müşayiət etmək

10. Hidravlik 200 (iki yüz) litrlik imalə ilə imalələmək qabiliyyətinə malik olmaq

11. Tutduğu vəzifəyə uyğun olmağına görə hər il attestasiyadan keçmək

12. Seminar və treninqlərdə, ixtisasartırma kurslarında iştirak etmək, peşəkarlıq cəmiyyətlərinin üzvü olmaq

13. Yuyucu və təmizləyici vasitələrin saxlama kameralarına hamilik etmək

Filsilənə qadağan edilir:

1. İş yerində söyüş sözlərini işlətmək

2. İcazəsiz peyin satışı ilə məşğul olmaq

3. Fili acıqlandırmaq, utandırmaq və alçaltmaq

4. Şikayət və xahişlərlə zəhlə tökərək, filin əhvali-ruhiyyəsini pozmaq

İş şəraiti:

1. Təmiz havada iş

2. Sosial paket

3. Sabun və şampun xərclərinin ödənilməsi. Duş heyvanat parkının ərazisindədir

4. Filin ön hissəsinin müşahidəsi 50% endirimlə

5. BƏƏ-yə gediş haqqı ödənilir.

Tarix
2015.04.04 / 18:54
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

Slovakiya XİN-in dövlət katibi Azərbaycana gəldi

Azərbaycanın vasitəsilə bu imkanlar açılıb - Paşinyan

30 ildən artıq vaxt keçib, onlar hələ də itkindir...

Ermənistana 17 vaqon dizel göndərildi

Təsəvvür edin, biz Azərbaycana gedirik - Paşinyan

Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı

İrəvan Qarabağdan köçənlərə pul ayırdı

Azərbaycan Paşinyanı təbrik edəcəkmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla