Yuxarı

Deputat erməni təxribatı ilə bağlı çağırış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat erməni təxribatı ilə bağlı çağırış etdi

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni barbarlığının əyani təzahürüdür.

Axar.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib. O, Tovuzda dinc əhalinin atəşə tutulması ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən reaksiya verilməsini tələb edib:

“Əvvəlki dönəmlərdə də ermənilərin yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutması nəticəsində təmas xəttində, o cümlədən doğulub boya-başa çatdığım və hazırda parlamentdə təmsil etdiyim Füzuli rayonunda mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub. Uzun müddət bir sıra aparıcı beynəxalq təşkilatlarda çalışmış və hazırda da parlamentlərarası əlaqələr üzrə işçi qruplarından birinin rəhbəri olan millət vəkili kimi beynəlxalq ictimaiyyəti, ATƏT Minsk Qrupunun həmsədrlərini Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməyə və ciddi qınamağa çağırıram”.

Tarix
2020.07.14 / 15:47
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla