Yuxarı

“Qanunsuz gəlirlərin leqallaşdırılması...” – Tədbir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qanunsuz gəlirlərin leqallaşdırılması...” – Tədbir

31 mart - 1 aprel tarixlərində Aşqabad şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) təşkilatçılığı sayəsində elektron pullar və virtual valyutalar vasitəsilə cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması cinayətlərinin aşkar olunması və araşdırılması mövzusunda regional seminar keçirilib.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistanın hüquq mühafizə və digər aidiyyəti qurumlarının və beynəlxalq ekspertlərin iştirak etdiyi seminar BMTNCİ-nin Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərində transmilli mütəşəkkil cinayətkarlığın mənşəyi, tranziti və hərəkət istiqamətinin qarşısının alınması məqsədilə prokuror və mərkəzi orqanlar şəbəkəsinin müəyyən edilməsi və gücləndirilməsi təşəbbüsü çərçivəsində təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Prokurorluğunu Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev təmsil edib.

Mövzu ilə bağlı çıxışlar edilib, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində tətbiq edilən yeni ödəniş üsulları, o cümlədən elektron pullar və virtual valyutalar, onların yaratdığı təhdidlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri mövzular üzrə təqdimatlar keçirərək ölkəmizdə bu sahədə görülmüş işlər, o cümlədən qəbul edilmiş normativ hüquqi baza və tətbiq olunan təcrübə barədə seminar iştirakçılarına ətraflı məlumat verib.

Tarix
2015.04.06 / 13:56
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla