Yuxarı

DİM apelyasiya prosesi təşkil edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) 11-ci sinif şagirdləri üçün iyunun 24-də və 25-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

DİM-dən Axar.az-a bildirilib ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün mərkəz tərəfindən iyulun 27-dən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməzdən əvvəl şagirdlər DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırılır ki, bu tip müraciətlərə baxılmayacaq.

Tarix
2020.07.16 / 22:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır - Şok iddia

Sülh üçün sonuncu maneə...

Əliyev Qərbin təzyiq sistemini çökdürdü

Əliyev BƏƏ prezidentini Azərbaycana dəvət etdi

İlham Əliyev BƏƏ prezidentinə zəng etdi

Ərdoğan kabinetin iclasını çağırır: Vaşinqton sazişi

907-ci düzəlişin ləğvi tarixi ədalətin bərpasıdır! – Vəliyev

İlham Əliyev Şahbaz Şərifə zəng etdi

Zelenski İlham Əliyevi təbrik etdi

Tokayev İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla