Yuxarı

Nazirlik daha 104 sahibkarın qayda pozduğunu aşkarladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə sahibkarlıq subyektlərində monitorinqləri davam etdirir.

Bu barədə Axar.az-a Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, iyulun 18-19-u tarixlərində keçirilmiş monitorinqlərdə Qaradağ rayonunda “Qaradağ market”də, Sali Yüzbaşova məxsus ərzaq mağazasında, Səidə Əbdürrəhmanovaya məxsus “Dönər evi”ndə, Nizami rayonunda Tofiq Aslanova, Şaiq Bayramlıya və Əsgər Əkbərova məxsus ərzaq mağazalarında, Nərimanov rayonunda Həşim Əfəndiyevə məxsus şirniyyat mağazasında, Pərvanə İsmayılovaya məxsus ”Dönərçi” ictimai-iaşə obyektində, Yasamal rayonunda “Oba market”də, Rafiq Əhmədzadəyə və Tale Əliyevə məxsus ərzaq mağazalarında, Suraxanı rayonunda Müşfiq Şamxalova məxsus ərzaq mağazasında, Ərşad Nəbiyevə məxsus ət dükanında, Nəsimi rayonunda “Nuray market”də, Əfqan Səfərova məxsus tikinti materialları mağazasında, Asiman Muxtarova məxsus mağazada, Lənkəran rayonunda Etibar Əliyevə məxsus baytarlıq aptekində, İlqar Axundova məxsus ərzaq dükanında, Füzuli rayonunda Elçin İbrahimova, Vəzifə Əzimovaya, Şaiq Hacıyevə məxsus mağazalarda, ümumilikdə isə, monitorinq aparılmış 962 obyektin 104-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlərdə xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2020-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

18-19 iyul tarixlərində nəzarət-yoxlama tədbirləri keçirilmiş obyektlərin 54-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən iyulun 20-dək monitorinq aparılmış 18 070 sahibkarlıq subyektindən 7 092-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Tarix
2020.07.20 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Medinskinin Qarabağla bağlı iddialarına sərt cavab

Qazaxıstandan Xəzər dənizi ilə bağlı açıqlama

İranda yaşayan türklərin sayı… - Əli Əkbərdən tarixi etiraf

Araz Musayevi bıçaqlayan şəxslərin yeni görüntüsü - Video

Sərhədlərin açılması üçün bütün ssenarilərə hazırıq - Akopyan

Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama

Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı

ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var?

Paşazadənin sözləri erməni eksperti əndişəyə saldı

Tramp və Maskın "yalançı davası"nın 5 səbəbi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla