Yuxarı

Bayraq Meydanında bayrağımız niyə asılmır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən 2 ildir Dövlət Bayrağı Meydanında bayrağımızın asılmaması növbəti dəfə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib ki, Meydandakı təmir-bərpa işləri bitdikdən sonra bayraq yerində asılacaq:

“Bayraq Meydanında texniki və təmir işləri aparılır. İşlər bitdikdən sonra bayraq yenidən asılacaq. Təmirin bitmə tarixi isə hələlik bəlli deyil”.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində — Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bayraq meydanında ucaldılmış dayağın hündürlüyü 162 metr, bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Tarix
2020.07.30 / 15:46
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İranın hücumu “simvolik” olsa da, radikal addım ata bilər

Bu gün Elçibəyin doğum günüdür

Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi

Meksikalı diplomatlar da Azərbaycana təxliyə olundu

İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...

Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...

Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN

Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu

Böyük Qayıdışla bağlı ilk iclas keçirildi

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla