Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai
Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun
maliyyə dəstəyi ilə gənc jurnalistlərin internet təhlükəsizliyi
forumu layihəsinə start verib.
Bu barədə ASGA-nın sədri Səbuhi Abbasov məlumat verərək
layihənin www.internet-security.club rəsmi veb səhifəsinin də artıq
istifadədə olduğunu deyib: "Layihə, əsasən, gənc KİV işçilərinin
peşə hazırlığının yüksəldilməsinə, internet media sahəsində onların
nəzəri biliklərinin təcrübü bacarıqlara çevrilməsinə, şəbəkələşmə
yolu gənc jurnalistlər arasında peşəkar və müasir jurnalistikanın
tələblərinin təbliği və tədrisinə, media təhlükəsizliyinində milli
maraqlar amilinə xidmət edir. Əsas məqsəd gənc jurnalistlərin
internet media biliklərini təkmilləşdirilməsinə dəstək vermək və
gənc jurnalistlərin arasında azərbaycançılıq ideologiyasını rəhbər
tutaraq fəaliyyətlərində mili maraqların önə çəkilməsinin
vacibliyini təlqin etmək, gənc jurnalistlərin peşəkarlıq
səviyyəsinin yüksəldilməsi məsələsini ictimaiyyətin diqqət
mərkəzinə gətirmək üçün səy göstərmək və gənc KİV işçilərinin
müasir jurnalistikanın müxtəlif qolları üzrə nəzəri biliklərini
təkmilləşdirilməsinə və onların nəzəri biliklərini praktik
bacarıqlara çevirməsinə yardımçı olmaqdan ibarətdir. Əslində, biz
layihəyə yanvar ayından etibarən başlamışıq. Layihəyə müvafiq
olaraq monitorinq aparmışıq. Əsas tərəfdaşlarımızdan olan İctimai
Televiziyanın müxtəlif verilişlərində bu barədə çıxışlar etmişik.
Mən bir daha layihənin dəstəklədiyinə görə Gənclər Fondunun
rəhbərliyinə təşəkkürümü bildirirəm. Yayda isə 30 nəfər gənc
jurnalistən ibarət forum keçiriləcək."
Layihə çərçivəsində yaxın günlərdə genişformatlı dəyirmi masanın
keçiriləcəyini deyən S.Abbasov hazırlıq işlərinin artıq başa
çatdığını vurğuladı.
Xatırladaq ki, layihənin müəllifi ASGA, donoru Gənclər Fondu,
koordinatoru isə tanınmış telejurnalist Anar Yusifoğludur.