Yuxarı

Şəhərdə çürümüş sənaye müəssisələrimiz var - Prezident

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhərdə çürümüş sənaye müəssisələrimiz var - Prezident

Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə deyib.

“Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır. Layihələrin bəziləri icra edilir, bəziləri isə yox. Biz özümüz maraqlı olmalıyıq. Biz xarici və yerli investorlara biznesplan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq. Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik. Çünki bizim Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər, - əlbəttə ki, ekoloji standartları tam gözləmək şərti ilə, - eyni zamanda, şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər. Çünki pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Həm iş yerlərinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar. İndi şəhərin içində bizim o qədər yarıdağılmış, çürümüş sənaye müəssisələrimiz var. O investorları cəlb etmək lazımdır. Qoy, gedib öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq”, - deyə dövlət başçısı bildirib.

Tarix
2020.08.06 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla