Yuxarı

Postlardan geri qaytarılan maşınların sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Postlardan geri qaytarılan maşınların sayı açıqlandı

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 07.08.2020-ci il saat 00:00-dan 08.08.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 115 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 117 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Axar.az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 580-i rayon, 830-u paytaxt istiqamətinə olmaqla 1 410, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 300-ü rayon, 355-i paytaxt istiqamətinə olmaqla 655, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 235-i rayon, 200-ü paytaxt istiqamətinə olmaqla 435 avtomobil geri qaytarılıb, ümumilikdə 2 500 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Tarix
2020.08.10 / 09:50
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla