Yuxarı

Lamiyədən eksklüziv: “Belə görürəm ki…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lamiyədən eksklüziv: “Belə görürəm ki…”

"Azadlığa çıxandan sonra mənə iş verilməyib. Məşğulluq İdarəsinə müraciət etmişəm. Harda iş olsa, işləməyə hazıram. Fərq etmir - Şəmkir olsun, ya Bakı. Ancaq belə görürəm ki, ticarətlə məşğul olsam yaxşıdır".

Bu sözləri Axar.az-a açıqlamasında həbsdə ana olması ilə gündəmə gələn və azadlığa qovuşan Lamiyə Quliyeva deyib. Şəmkirin eks-başçısı Aslan Aslanovun oğlunu öldürməsinə görə məhkum olmuş L.Quliyeva hazırda anasının himayəsindədir, övladına baxdığını deyir: "Təhsilim yoxdur deyə iş də tapılmır. Ümid edirəm ki, nə isə düzələr".

L.Quliyeva informasiya saytı açacağı haqda yayılan xəbərlərə də münasibət bildirdi: "Sayt açmaq istəyərdim. Mənim çoxlu kitablar, jurnalları orda yerləşdirmək istəyim var, dil qabiliyyətim də yaxşı olduğu üçün jurnalist olmaq istərdim. Ancaq sayt açmaq üçün təcrübəsi olan jurnalist lazımdır. Ofis açmalıyam, jurnalistlər olmalıdır, gündəlik xəbərlər verməliyəm. Bu sahədə təcrübəm olmadığı üçün çətindir".

Keçmiş məhbus qeyd edib ki, ona qarşı hər hansı təzyiq yoxdur. L.Quliyeva keçmiş nişanlısı, hazırda ömürlük həbsdə olan Vüqar Əliyevin ailəsi ilə münasibəti olduğunu açıqladı:

"Vüqarın ailəsi ilə normal münasibətimiz var. Yəni ədavətimiz yoxdur. Vüqarın işinə qarışmıram. Dövlətin hər şeydən xəbəri var. İnanıram ki, yaxşı olacaq. Allah köməyi olsun".

Lamiyə qeyd etdi ki, cəmiyyətə adaptasiya oluna bilmir:

"Səs-küylə azadlığa çıxmağım iş tapmağıma mane olur. Şəmkirdə icra başçısının qəbulunda oldum. Evlə təmin olunmaq üçün müraciət etdim. Məni Məşğulluq İdarəsinə göndərdi. Dövlət başçısına teleqram vurmağa hazırlaşıram. Prezidentimizin mənə köməklik göstərəcəyinə böyük inamım var. Əslində, həbsə düşməsəydim, təhsilim yaxşı olardı. Çünki məktəbdə yaxşı oxuyurdum. İndi də işləməsəm, dolana bilmərəm".

2003-cü ildə Lamiyə Şəmkirin icra başçısı olmuş Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə ittiham edilib. Məhkəmə Lamiyəyə 10 il, keçmiş nişanlısı Vüqar Əliyevə ömürlük hökm oxuyub. Həbsxanada nəzarətçinin döyməsi ittihamı ilə Lamiyənin işi daha 5 il artırılıb. Ana olması ilə gündəmə gələndən sonra Quliyeva azad edilib.

Tarix
2015.04.12 / 13:54
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla