Yuxarı

Teleradio Şurasından TV-lərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Teleradio Şurasından TV-lərə xəbərdarlıq

"2014-cü ilin son və 2015-ci ilin ilk rübündə Milli Televiziya və Radio Şurasının apardığı monitorinqin nəticələri ilə bağlı hesabatında adları qeyd olunan verilişlərdə nöqsanlar, qanun pozuntusu halları davam edərsə, müvafiq tədbirlər görülməsi qaçılmaz ola bilər. Çünki şura, artıq verilişlərin məzmununu, müzakirəyə çıxarılan mövzuları da monitorinq edir".

Bunu Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, Şura nöqsanların mütəmadi olaraq rast gəlindiyi, milli-mənəvi dəyərlərə zidd, insanların şəxsi və ailə həyatına müdaxilələrin edildiyi verilişlərin bağlanması ilə bağlı qərar verəcək: "Biz bunu əvvəl də demişik. Əlbəttə ki, bunu gələcək monitorinqlər göstərəcək. İnanırıq ki, yayımçılar monitorinqlə bağlı hesabatda əksini tapmış məsələlərə həssaslıqla yanaşacaqlar".

Xatırladaq ki, MTRŞ-ın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə televiziyalarda yayımlanan verilişlərlə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb. Hesabatda irad və tövsiyələr yer alıb.

Tarix
2015.04.13 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla