Yuxarı

DTX-nin həbs etdiyi Həsənov: hardan hara… - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:15

Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri, sabiq baş prokuror Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Axar.az Eldar Həsənovun tərcümeyi-halını təqdim edir:

Eldar Həsənov 1955-ci il 10 oktyabr tarixində Kəlbəcərin Laçın kəndində anadan olub. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olub, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisasına yiyələnib.

1977-1990-cı illərdə cinayət axtarışı işləri üzrə baş inspektor işləyib. 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. 1990-1992–ci illərdə Gəncə şəhəri Polis İdarəsinin rəisi, 1992-1993-cü illərdə Azərbaycanda İnterpolun Milli Bürosunun rəhbəri işləyib.

1993-cü ildə Daxili İşlər nazirinin birinci müavini, 1993-1995-ci ilərdə Baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə isə Baş prokuror kimi çalışıb.

21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Prezident Heydər Əliyev tərəfindən baş prokuror vəzifəsindən azad olunub.

2001-ci ilin iyul ayından Azərbaycanın Ruminyadakı fövqaladə və səlahiyyətli səfiri olub. 2010-cu ildə martın 25-də Azərbaycanın Serbiyadakı fövqaladə və səlahiyyətli səfiri işləyib, 2011-ci il 27 yanvarda Azərbaycanın Bosniya və Hersoqovinadakı fövqaladə və səlahiyyətli səfiri postları da Eldar Həsənova həvalə olunub.

25 kitab, dərslik və dərs vəsaitinin, eləcə də 170-dən çox elmi və publisistik məqalənin müəllifidir.

General-leytenant Eldar Həsənov Serbiya Kral Akademiyasının üzvü, hüquq elmləri doktoru və II dərəcəli dövlət ədliyyə müşaviridir.

Qeyd edək ki, Eldar Həsənov baş prokuror kimi çalışdığı dönəmlərdə həddən artıq iddialı şəxslərdən sayılırdı.

Tarix
2020.08.14 / 15:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla