Yuxarı

Konstitusiya Məhkəməsinin Plenumu qərar verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Konstitusiya Məhkəməsinin Plenumu qərar verdi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin - Bakı Apellyasiya Məhkəməsinin sədri İ.Nağıyevin və Milli Məclis Aparatının rəhbəri S.Mirzəyevin, mütəxəssis Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin yazılı mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsi xüsusi prosedur qaydalarını müəyyən edərək işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin statusunu və kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərə alaraq göstərilən şəxslərin məhkəməyə müraciət etmək hüququnun təmin olunma vasitəsi kimi çıxış edir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Tarix
2020.08.14 / 13:35
Müəllif
Axar.az
Digər xəbərlər

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla