Yuxarı

Məktəbli forması məcburi olmayacaq? - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbli forması məcburi olmayacaq? - Deputat

Dua edək ki, bu xəstəlik tamamilə yoxa çıxsın. O zaman məktəbli forması da, tam şəkildə ənənəvi təhsilə keçid də olacaq.

Bunu Axar.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komissiyasının üzvü Anar İsgəndərli tam tədrisə keçilmədiyi üçün məktəblilərin vahid geyim forması ilə dərsə gedib-getməməsindən danışarkən deyib. Millət vəkili bildirib ki, bu gün nə Təhsil Nazirliyi, nə də parlamentin Elm və təhsil komissiyası hökm formasında qərar verə bilməz:

“Şəraitə uyğun addımlar atılır. Hər gün yumşalma gedir. Sentyabrın 15-dən dərslərin hibrid formasında başlayacağı qərarı verildi. Ancaq sabah görsək ki, yoluxma yoxdur, o zaman ənənəvi təhsilə tam qayıdacağıq. O zaman məktəblinin forması da, çantası da öz yerində olacaq. Bu gün mövcud tələblərlə bağlı mübahisə etməməliyik”.

Millət vəkilinin sözlərinə görə, pandemiya anormal bir dövr deməkdir:

“Anormal dövrdə heç zaman uzunmüddətli proqram olmur. Təbii ki, koronavirus dünyanı bürüyən bir fəlakətdir. Azərbaycan da bu dünyanın tərkib hissəsidir. Kim bilir, bəlkə də 10-15 gündən sonra Azərbaycanda bu xəstəlik tamamilə yox olacaq. O zaman biz yenidən ənənəvi təhsilə keçəcəyik. Bu gün isə qısamüddətli pandemiya dövrü ilə bağlı qərar və tövsiyələrimiz olur. Verilən qərarların başlıca qayəsi ondan ibarətdir ki, Azərbaycan bu bəladan az itki ilə ötüşsün. 15-10 günlük məktəbli formasının məcburi olmaması barədə qəra ola bilər. Pandemiya bitəndən sonra yenidən ənənəvi təhsilə qayıdacağıq. O zaman bütün qaydalar tam tətbiq ediləcək”.

Qeyd edək ki, 15 sentyabrdan ibtidai siniflər, 1 oktyabrdan 5-9-cu siniflər, 15 oktyabrdan isə 10-11-ci siniflər həftədə 2-3 gün olmaqla, əyani tədrisə başlayacaq

Tarix
2020.08.29 / 15:43
Müəllif
Tural Turan
Digər xəbərlər

Pezeşkian qonşu ölkələrdən hücumlara görə üzr istədi

Naxçıvana hücum: Bayramov Meredovla danışdı

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

İlham Əliyev bu liderlərə dəstəyə görə təşəkkür etdi

Təbrizdəki diplomatlarımızın təxliyəsi başa çatdı – Rəsmi

Ceyhun Bayramov Türkiyəyə yola düşdü

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla