Yuxarı

İnsanı öz istəyi ilə öldürmək rəsmiləşsin – Ekspertlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın bir çox inkişaf etmiş ölkəsində qəbul edilmiş evtanaziya (sağalmaz, ölümcül, dəhşətli ağrılardan əziyyət çəkən insanlar və ya onların birinci dərəcəli yaxınları tərəfindən xəstənin həyatına son verilməsi) ölkəmizdə də tətbiq edilə bilərmi?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, evtanaziya mübahisəli bir məsələdir. Çünki tətbiqi və hansı üsulda olması müəyyənləşməlidir:

“Prinsipcə bu məsələ ölkəmizdə də tətbiq edilə bilər. Uzun illər ağır və şiddətli ağrılardan əziyyət çəkən, sağalma ehtimalı olmayan bir şəxsin məsul qurumun rəyi ilə öz həyatına son verməsi daha humanist bir addım olar. Düşünürəm bu gün bizdə də belə bir qanunun qəbuluna ehtiyac var”.

Professor Adil Qeybulla deyib ki, evtanaziya bütün ölkələrin qanunvericiliyində öz əksini tapmalıdır:

“Bəzi tibbi proseslər ilə bağlı məsələlər təəssüf ki, qanunda öz əksini tapmır. Misal üçün donor, süni mayalanma, daşıyıcı ana və ya qeyd etdiyim evtanaziya... Mən təklif edərdim bu məsələlər qanunda öz əksini tapsın.

Azərbaycan cəmiyyəti psixoloji olaraq bir çox məsələlərə hazır deyil. Çünki insanların bu kimi məsələlərə yanaşması çox fərqlidir. Baxın, bayaq qeyd etdiyimiz donor haqqında qanuna hazır deyil. Misal üçün adətən bizdə donor kim olur? Birinci dərəcəli qohumlar. Digər tərəfdən, donor adətən gənc olmalıdır. Bu zaman isə qanunla onun himayədarı, yəni valideynin icazəsi lazımdır. Buna isə çox hallarda valideynlər razı olmur. Bu mənada həm evtanaziya, həm də digər adını çəkdiyim məsələlər qanunda öz əksini tapmalıdır”.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev saytımıza açıqlamasında qeyd edib ki, uzun illər ərzində evtanaziya heç bir halda hüquqi olaraq qəbul olunmurdu:

“Bunun əsas səbəbi də hüquq instutlarının nəzəriyyəsi ilə bağlı idi. Çünki hesab olunurdu ki, şəxsiyyət hüquqlarından biri olan yaşamaq hüququndan insan imtina etməməlidir. Bu gün ölüm hökmünə qarşı çıxanların bir çoxunun da əsas arqumenti məhz budur. Yəni insana həyat Tanrı tərəfindən verilib və canı da o almalıdır. İnsan özü öz həyatına son verə bilməz.

Lakin zamanla fərqli elementlər ortaya çıxmağa başladı. Misal üçün insanlara işgəncə etmək, qeyri-insani rəftar etmək olmaz. Bəzi insanların xəstəlikləri elə bir dərəcədə olur ki, onların bu şərtlərdə yaşaması qeyri-insanı rəftar kimi qiymətləndirilir. Bu mənada bəzi inkişaf etmiş ölkələr bunu əsas gətirərək evtanaziyanı qanuniləşdirdi. Evtanaziya müasir dövrün şərtləri ilə daha humanist bir yanaşmadır. Ona görə hesab edirəm ki, bizdə də belə bir qanuna ehtiyac var”.

Tarix
2020.09.24 / 14:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla