Yuxarı

Peyvəndin tərkibində alüminium və civə varmı? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB-in eksperti, infeksionist Nəzrin Mustafayeva mövsümi qrip virusu ilə bağlı məsləhətlər verib.

Axar.az xəbər verir ki, həkim kəskin respirator xəstəliklərin payız-qış aylarında baş qaldırdığını deyib.

“Kəskin respirator xəstəliklər törədən, bir-birinə oxşar əlamətlərlə seyr edilən xəstəliklərə səbəb olan infeksiyalar çoxdur. Bunlar arasında ən təhlükəlisi qrip adlandırılan influenza virusudur. Lakin bu virusun qarşısını almaq üçün əlimizdə peyvəndlər var. Peyvəndlənmə statistikasına baxdıqda, Avropa ölkələrində əhalinin peyvəndlənməsi 50 faizə, İngiltərədə bu rəqəm 40-50 faizə, ABŞ-da isə 60-70 faizə bərabərdir. Koronavirus pandemiyasının hələ də dünyada davam etdiyi dövrdə respirator infeksiyalar əlavə olunarsa, bu, o xəstəliyin gedişatının ikiqat ağırlaşmasına səbəb ola bilər. Odur ki, hər kəs peyvənd vurdurmalıdır”, - infeksionist bildirib.

Həkim peyvəndlərin tərkibində civə və alüminium kimi ağır metalların olması barədə yayılan əsassız məlumatlara da aydınlıq gətirib:

“Qrip peyvəndinin tərkibində nə civə, nə də ki, alüminium var. Əgər olarsa, bu, peyvəndin sterilliyini təmin etmək üçündür və çox cüzi miqdardadır. Digər qidalardan qəbul etdiyimiz alüminium və civənin miqdarı peyvənddə olan miqdardan qat-qat yüksəkdir”.

Tarix
2020.09.24 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla