Yuxarı

Paşayevadan çağırış: Maaşınızı Orduya bağışlayın!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayevadan çağırış: Maaşınızı Orduya bağışlayın!

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında çıxış edərək, müzəffər Ordumuza mənəvi dəstək üçün bir neçə təklif irəli sürüb.

Axar.az xəbər verir ki, millət vəkili həmkarlarını öz maaşlarını Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürməyi təklif edib, həmçinin onları qanvermə aksiyasına qoşulmağa dəvət edib.

Dövlətimizin gərəkən ehtiyatlara, o cümlədən yetərli qan bankına malik olduğunu, bunun rəsmi şəkildə bildirildiyini xatırladan millət vəkili öncəbhədə qızğın döyüşlər getdiyini və bu aksiyanın ehtiyacdan daha çox, mənəvi dəstək ifadəsi olacağına, örnək təşkil edəcəyinə diqqət çəkib.

Qənirə Paşayeva ali məktəblərdə hərbi dərslərin bərpasını, orta məktəblərdə isə daha yaxşı təşkili məsələsinə baxılmasını zəruri hesab etdiyini bildirib.

Çıxışında Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 10 illiyi ilə bağlı yubiley medalının təsis edilməsinə tərəfdar olduğunu da bildirən xanım millət vəkili bu yubiley medalı ilə bağlı müvafiq Qanunda dəyişikliyi dəstəkləyib.

Millət vəkili çıxışının sonunda hər bir vətəndaşımızı, dünya azərbaycanlılarını, bütün haqsevər insanları Azərbaycanın haqq işinə dəstək verməyə çağırıb, Ordumuzun tezliklə qəti və tam qələbə çalacağına inamını bildirib.

Tarix
2020.09.30 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla