Yuxarı

Türkiyəli nazir Fikrət Məmmədova zəng etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəli nazir Fikrət Məmmədova zəng etdi

Sentyabrın 30-da Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gülün təşəbbüsü ilə Türkiyə və Azərbaycan ədliyyə nazirləri arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, danışıq zamanı A.Gül dost və qardaş Azərbaycana qarşı Ermənistanın törətdiyi hərbi təxribatı qınadığını, bu təxribatlar qarşısında Türkiyənin ölkəmizin və xalqımızın haqq davasında yanında olduğunu, Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan haqlarının hər platformada yorulmaz dəstəkçisi və müdafiəçisi olduğunu vurğulayıb.

Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov Türkiyə dövlətinin, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının qətiyyətli qardaşlıq mövqeyini vurğulayaraq Azərbaycanı birmənalı dəstəklədiyinə görə türkiyəli həmkarına dərin təşəkkürünü bildirib, bu dəstəyin "bir millət, iki dövlət" kəlamının yalnız sözdə deyil, real əməllərlə həyata keçirilməsinin əyani təzahürü olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bəyan olunduğu kimi, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və xalqımız üçün həqiqət anı olan bu günlərdə Türkiyə, hər zaman olduğu kimi, Azərbaycanın yanındadır.

Söhbət zamanı həmçinin, ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Tarix
2020.09.30 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla