Yuxarı

Bu həlledici günlərdə "Azercell" də ön cəbhəyə dəstək olur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu həlledici günlərdə "Azercell" də ön cəbhəyə dəstək olur

Sentyabr ayının 27-dən etibarən Milli Ordu hissələrimiz 30 ildən artıq hər bir Azərbaycanlının sağalmaz yarasına çevrilmiş Qarabağ münaqişəsinin ön cəbhələrinə qəhrəmancasına atılaraq düşmən mövqelərini məhv edir. Ordumuz bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayaraq, bir sıra strateji nöqtələrdə həlledici uğurlar qazanmışdır.

Axar.az xəbər verir ki, ölkəmizin tarixində və taleyində həlledici olan bu döyüş günlərində ölkənin lider mobil operatoru Azercell Telekom da Milli Ordumuza öz dəstəyini əsirgəmir. Şirkət tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb.

Vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq Azercell Telekom-un baş qərargahı Tibilisi prospektində yerləşən Azercell Plazanın üzərində üçrəngli bayrağımız asılmışdır. Eyni zamanda, şirkət tərəfindən bütün əməkdaşlara avtomobil üzərinə quraşdırılan Azərbaycan bayraqları da paylanılıb.

Azercell həyata keçirdiyi təşəbbüslərlə ordumuzun, xalqımızın və dövlətimizin yanında olduğuni ifadə edir. Şirkət bundan sonra da bu istiqamətdəki səylərini davam etdirəcək, vətənimizin bütövlüyü uğrunda ön və arxa cəbhədə mübarizə aparan bütün soydaşlarımıza yardım göstərəcəkdir.

Qarabağ Azərbaycandır!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Tarix
2020.10.01 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla