Yuxarı

İŞİD-in lənkəranlı lideri kimdir? – Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD-in lənkəranlı lideri kimdir? – Təfərrüat

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada "İslam dövləti"nə qoşulanların prosesi davam edir. Aprelin 28-də Bəşər Əsədə qarşı olan qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən 6 nəfər - Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

***

Məhkəmədə ifadə verən Sənan Baxışov deyib ki, orada dini adı "Abu Hafs" olan Aqil Hacıyevin rəhbərlik etdiyi "Sumqayıt camaatı"na qoşulub:

"Abu Hafsaya biət etdim. "Sumqayıt Abu Hafs camaatı" Nüsra Cəbhəsi hərbi qruplaşmasının tərkibində idi. Orada olan müddətdə əslən ərəb olan Abu Yusif mənə və "Sumqayıt camaatı"na hərbi təlimlər keçir, odlu silahdan istifadə etmək qaydalarını, döyüş taktikasını öyrədirdi. Təxminən 15 gündən sonra Azərbaycandan olan, dini adları Mustafa və Abu Usama olan şəxslərlə "Sumqayıt Abu Hafsın camaatı"ndan ayrılaraq Sarma vilayətində olan "Ənsar camaatı"na qoşulduq. Eldost Quliyevlə orada tanış olmuşam. Birlikdə hərbi və fiziki təlim keçmişik. 11 ay orada qaldıqdan sonra Azad Suriya Ordusu tərəfindən əsir götürüldük. Orada Muaz ləqəbli Maarif Mərdanovu da gördüm. Əsirlikdən azad olunandan sonra Azərbaycana qayıtdım".

***

Axar.az S.Baxışovun "Sumqayıt camaatı" və onun "əmiri" barəsində dedikləri ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı ortalığa maraqlı detallar çıxıb. Məlum olub ki, Aqil Hacıyev ad-soyadlı "Abu Hafs" ləqəbli vəhhabi lənkəranlıdır. O, qatı şiə bölgəsi sayılan Lənkəranın Boladi kəndində anadan olub. Bu şəxs el arasında "Talış Aqil" ləqəbi ilə tanınır. Yayılan xəbərlərə görə, əsir götürülüb və edam olunacağı bildirilir. İndi onun sağ, ya ölü olduğu bilinmir.

O, Nüsra Cəbhəsi silahlı qruplaşma üzvləri tərəfindən tutulub və şəriət qanunları ilə barəsində edam hökmü çıxarılıb. Sumqayıtda xəvarici dini təriqətinin üzvü olan bir xanımla ailə quran A. Hacıyev bir neçə il əvvəl ailəsini də götürərək Suriyaya gedib.

Başqa bir mühüm fakt isə onun qardaşının həbsidir. Rusiya Federal Təhlükəsizlik Xidməti Suriyada terrorçuları maliyyələşdirən azərbaycanlını həbs edib. "Kommersant" qəzetinin məlumatına görə, Lipetsk vilayətində Qaçay Tağı oğlu Hacıyevə qarşı terrorçuların maliyyələşdirilməsi maddəsi ilə cinayət işi başlanıb. İstintaqın versiyasına görə, Qaçay Hacıyev alma satışından əldə etdiyi gəliri Suriyada vuruşan "Cund əş-Şam" terrorçu qruplaşmasına göndərib. Qaçayın birinci həyat yoldaşı Viktoriya Babkina onun belə iş görəcəyinə inanmır. "Qaçay heç də böyük iş adamı deyil. O, anbardan maşınla meyvə alıb, bazarda həmin meyvəni satırdı. İstintaq iddia edir ki, Qaçayın qazandığı pullar Türkiyəyə, ordan isə Suriyadakı terrorçulara göndərilib. Əslində, Qaçay Suriyada yaşayan qardaşına və onun ailəsinə kömək edirdi. Suriyada Qaçayın qardaşından başqa Suğra adlı bacısı da yaşayır. Suğranın azərbaycanlı əri həlak olub. Qaçay ona da kömək edirdi. O, təkcə Suriyaya deyil, Azərbaycanda və Rusiyada yaşayan qohumlarına da pul göndərirdi", - Babkina vurğulayıb.
V.Babkinanın sözlərinə görə, Qaçayın qardaşı Aqil bir il əvvəl Suriyada itkin düşüb:

"Aqil ailəsi ilə birlikdə Suriyada döyüşlərin getdiyi yerdə yaşayırdı. Qaçay qardaşı Aqil haqqında danışarkən onun inanclı bir insan olduğunu, dörd uşağından başqa, Suriyada olan ikinci evliliyindən olan iki uşağına baxdığını söyləyirdi".

Tarix
2015.04.29 / 00:31
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Pezeşkianın bu sözü Türkiyə mediasında yanlış yozuldu

Ramiz Mehdiyevin atası da vətənə xəyanət edib?

Azərbaycan buna icazə verməyə hazırdır - Overçuk

Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

XİN bu ölkəni təbrik etdi

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla