Yuxarı

Azərbaycanlı bloger Rusiyada Gəncə üçün pul yığdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayan Azərbaycan əsilli bloger erməni təcavüzündən əziyyət çəkən həmvətənlərinə kömək etmək üçün təqdirəlayiq addım atıb.

Axar.az Baku.vs-ya istinadla xəbər verir ki, bloger Fəridə Əliyeva 17 oktyabr gecəsi Ermənistan ərazisindən raket atəşinə məruz qalan Gəncə sakinlərinə kömək məqsədilə həmvətənlərinə və abunəçilərinə müraciət edib. Müraciətdən sonra Fəridə Gəncə sakinləri üçün üç milyon rubldan (65 min manat) çox pul yığıb:

"Bütün dostlara, eləcə də tanımadığım insanlara minnətdaram. Bir neçə gün ərzində mənə Azərbaycana göndəriləcək çox böyük bir məbləğ toplamaqda kömək etdilər.

Bu pulları mənə müxtəlif ölkələrdə yaşayan, Azərbaycan xalqının taleyinə biganə olmayan insanlar göndərdilər. Hər birinizə təşəkkür edirəm”.

Qeyd edək ki, 17 oktyabr 2020-ci il gecə Ermənistan silahlı qüvvələri Ermənistan ərazisindən atılan ballistik raketlərlə Azərbaycanın Gəncə şəhərinə hücum edib.

Bu, ermənilərin cəbhə xəttindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhərinə üçüncü hücumdur. Erməni tərəfinin yeni terroru mülki əhali arasında ciddi itkilərə səbəb oldu. Son məlumatlara görə, beşi uşaq və dördü qadın olmaqla 15 mülki şəxs öldürüldü. Digər 53 nəfər yaralanıb, onlardan beşi azyaşlı və iyirmisi qadındır. Şəhərin çoxsaylı mülki infrastruktur və nəqliyyat obyektlərinə ciddi ziyan dəyib”.

Tarix
2020.10.20 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla