Yuxarı

Aynur Camalqızına mükafat verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aynur Camalqızına mükafat verildi - Foto

13:50

 

Bu gün Bakı Dövlət Universitetində Mətbuat və İnformasiya şöbəsinin 15 illik yubileyi ilə bağlı tədbir və şöbənin hazırladığı 3 dildə çap olunan "Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında" adlı kitabın təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov 2000-ci ildə yaradılan şöbənin indiyədək əldə etdiyi uğurlardan danışıb, nailiyyətlər haqqında geniş məruzə ilə çıxış edib. Sonra BDU-nun mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova şöbənin 15 illik fəaliyyətindən, kitabda yerləşdirilən materiallardan bəhs edib. Universitetin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyevlə kafedra müdiri Cahangir Məmmədli universitet-mətbuat münasibətlərindən bəhs ediblər. Şamil Vəliyev deyib ki, universitetin onlayn televiziyası yaradılacaq.
 
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov və Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov təbrik nitqi söyləyiblər. Tədbirin sonunda BDU haqqında obyektiv, dolğun, əhatəli məlumatları yayımladığına və universitetin fəaliyyətinə göstərdiyi qayğıya görə, bir neçə KİV rəhbərinə və əməkdaşına "Universitetin dostu" və "BDU-ya informasiya dəstəyi" nominasiyaları üzrə mükafatlar təqdim olunub. Mükafatlandırılanlar arasında "Gündəlik Teleqraf" MMC-nin baş direktoru Aynur Camalqızı və əməkdaşımız Sevil Hilalqızı da var.
 

Tarix
2015.05.01 / 15:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla