Yuxarı

Hərbi ekspert: Ordumuzla bağlı bu videoları paylaşmayın! - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi ekspert: Ordumuzla bağlı bu videoları paylaşmayın! - Video

14:32

Son günlər müxtəlif sosial şəbəkələrdə döyüş bölgəsindən və azad edilən yaşayış məntəqələrindən videomateriallar yayılır. Artıq peşəkar zabitlərin bu videolarda ötürülən məlumat əsasında vurulduğu, şəhid olduğu deyilir. Bu isə bu tip videoların yayılmasının necə təhlükəli olduğunu göstərir.

Axar.az xəbər verir ki, hərbi şərhçi Ramil Məmmədli Report-a açıqlamasında bildirib ki, hələ bir neçə il əvvəl müxtəlif dövlət qurumları ölkə vətəndaşlarını hərbi-strateji, hərbi təyinatlı məsələlərlə bağlı videoçəkilişlər və paylaşımlar edən zaman diqqətli olmağa çağırıb:

"Həmçinin hərbi obyektlərin və döyüş əməliyyatlarının çəkilişinin aparılmamasına dair tövsiyə və tələblər irəli sürülüb. Biz bu acı nəticəni 2016-cı ildə aprel döyüşləri zamanı da görmüşük. Bundan sonra KİV-ə və vətəndaşlara bildirilmişdi ki, həm mətbuat orqanlarında, həm də sosial şəbəkələrdə belə material paylaşarkən diqqətli və ehtiyatlı olmaq lazımdır".

R.Məmmədli təəssüflə bildirirb ki, bu cür videolar çəkilərək sosial şəbəkələrdə paylaşılır:

"Bununla da Vətən müharibəsi aparan hərbçilərimizi çətin vəziyyətə salırlar. Azərbaycan tərəfindən sosial şəbəkədə yayılan istənilən material düşmən tərəfindən izlənilir, öyrənilir və analiz edilir. Hansı ərazidə və məkanda çəkilişin aparıldığı, mövqeyin necə olduğu müəyyənləşdirilir. Onlar da öz tərəflərindən tədbirlər görürlər. Biz bu cür acı nəticələrlə bir daha qarşılaşmamaq üçün hətta hərbçilər tərəfindən qohumlara göndərilən videogörüntülərin mülki şəxslər tərəfindən paylaşılmasına yol verməməliyik. Belə addım atmamalıyıq".

Tarix
2020.10.23 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

Azərbaycan keyfiyyətli hərbi məhsullar istehsal edir – Gülər

Ərdoğan Bakı ilə danışdı: Onu Türkiyəyə buraxmadı - Təcili

Çavuşoğlunun qardaşı güllələndi, Bayramov zəng etdi

Bu ölkə ilə müdafiə sahəsində saziş təsdiqləndi

NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsi...

Simonyan açıqladı: Bakıya getməyə hazıram

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla