Yuxarı

Şuşaya çəkilən yolda bunlar nəzərə alınacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa şəhərinə yeni tikilən yolun inşasına başlanıb.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, yeni yol Füzulinin Əhmədbəyli kəndi ərazisindən başlayaraq Füzuli şəhərindən keçməklə Tağaverdi və Daşaltı ərazilərini əhatə edərək Şuşa şəhərinə çəkiləcək:

"Artıq 3 gündür ki, yolun tikintisi aparılır. Yol Qarabağın gələcək perspektivi nəzərə alınmaqla çəkilir. Yol 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Yolun əsas hissəsi 4 zolaqlı olacaq. 2 hərəkət zolağı isə xidməti yol olacaq. Həmin 2 zolaq yük avtomobilləri və xüsusi texnikaların hərəkəti üçün hesablanıb. 101,5 kilometr uzunluğu olan yolun tam tikintisinin yekunlaşması 1 il 6 aya nəzərdə tutulub. Amma bu o demək deyil ki, il yarım müddətə qədər həmin yolda hərəkət olmayacaq. Yol tədricən tikildikcə hazır olan ərazilər istifadəyə veriləcək. Yol həm yerli, həm də xarici şirkətlər tərəfindən inşa ediləcək. Ərazinin relyefi nəzərə alınaraq həmin yolun tikintisinə Türkiyənin xüsusi ixtisaslaşmış tikinti şirkətləri cəlb edilib”.

A.Nəcəfli bildirib ki, yeni tikilən yolun əvvəllər fəaliyyətdə olan Ağdam-Xankəndi-Şuşa yoluna aidiyyatı yoxdur:

“Şuşa şəhərinə əvvəllər Ağdam rayonundan yol olub. Lakin bu yolun hələlik istifadəsi mümkün deyil. Ona görə də Şuşaya Füzuli rayonundan yeni yol çəkilir”.

Tarix
2020.11.18 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

İranın hücumu “simvolik” olsa da, radikal addım ata bilər

Bu gün Elçibəyin doğum günüdür

Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi

Meksikalı diplomatlar da Azərbaycana təxliyə olundu

İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...

Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...

Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN

Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu

Böyük Qayıdışla bağlı ilk iclas keçirildi

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla