Axar.az
Yuxarı

İtalyan jurnalist: Ruhların dolaşdığı kəndlər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 20-də İtaliyanın nüfuzlu və çoxsaylı oxucu kütləsinə malik “la Repubblica” qəzetinin veb səhifəsində həmin qəzetin Azərbaycana ezam olunmuş müxbiri Pietro del Renin hazırladığı “Müharibədən sonra Azərbaycana səfər: dağılmış kəndlər və partlamamış bombalar arasında” adlı videoreportajı yayımlanıb.

Axar.az xəbər verir ki, reportajı Füzuli rayonu ərazisinə Ermənistan ordusu tərəfindən döyüş əməliyyatları zamanı atılan qadağan olunmuş fosforlu bombanın zərərsizləşdirilməsi kadrları ilə başlayan jurnalist Azərbaycan Ordusu tərəfindən azad olunmuş ərazilərə səfər edərkən sonsuz kilometrlərlə uzanan dağıntılarla dolu dəhşətli bir mənzərənin şahidi olduğunu bildirir.

“Biz Füzulidəyik, daha doğrusu şəhərin qalıqlarında. Burada yaşayan on minlərlə azərbaycanlının Ermənistan qoşunları tərəfindən qovulmasından 30 il sonra. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ uğrunda müharibə çoxsaylı etnik təmizlənmə ilə yadda qalıb. Burada hər şey dağıdılıb”, - jurnalist bildirib.

Qarşılaşdığı mənzərəni “Qafqazın Anqkor Vatı” (Angkor Wat) adlandıran jurnalist qədim kxmerlərin paytaxtı olan Anqkor Vat kimi bu ərazilərin də baxımsızlıqdan ot örtüyünə büründüyünü qeyd edib:

“Burada heç bir şey qalmayıb. Nə bir bina, nə bir ev, nə də bir məscid salamat deyil. Yolboyu biz digər dağıdılmış, yalnız ruhların dolaşdığı kəndləri görürük. Dağıdılmış müsəlman məzarlıqları, döyüşlərdə məhv edilmiş tanklar...”

Reportajı daha sonra Füzulidə işğal dövründə erməni silahlı qüvvələrinə məxsus olmuş postlardan birində davam etdirən jurnalist erməni əsgərləri tərəfindən silah-sursatlarını ataraq tələsik bir formada tərk edildiyi təəssüratını yaradan mənzərə ilə qarşılaşdığını bildirib.

Jurnalist Füzulinin iki həftə öncə azad edildiyini diqqətə çatdırır.

Reportajında 67 il əvvəl burada doğulduğu evinin dağılmış qalıqları arasında olan Füzuli şəhər sakini Fadiyə Qəhrəmanovanın müsahibəsinə yer verən jurnalist qeyd edir ki, son 10 illiklər ərzində Bakıdan kənarda sığınacaqda məcburi köçkün həyatı yaşayan F.Qəhrəmanova Füzuliyə ilk dəfə qayıdır. Qadın bildirir ki, ermənilər qızıl dişləri götürmək məqsədilə yerli məzarları açıblar. Onun arzusu bu ərazilərə qayıtmaqdır. Daha sonra qadın Azərbaycan xalqına qarşı törədilmiş soyqırımından bəhs edir və Azərbaycan Ordusunun qalib gəlmək əzmini həm də bununla əsaslandırır.

Reportajında, həmçinin ermənilərin yaşadıqları evləri azərbaycanlılara verməmək üçün yandıraraq tərk etdiyini bildirən jurnalist bu addımın torpaqları tərk edən ermənilər tərəfindən Azərbaycana qarşı nifrət əlaməti kimi dəyərləndirildiyini vurğulayır.

Reportajında 3 gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Füzuliyə səfərinə toxunan jurnalist Prezidentin sözlərinə istinadən qısa zaman ərzində Füzuli rayonunun yenidən bərpa ediləcəyini və 1993-cü ildə Ermənistan qoşunları tərəfindən qovulmuş on minlərlə məcburi köçkünün qayıtması üçün lazımi şəraitin yaradılacağını bildirir.

Tarix
2020.11.21 / 10:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dağıdılmış Kəlbəcərdən yeni görüntülər - Video

Ağdamda evini tapan Aqil Abbas ağladı - Video

BDU tələbəsi universitetə bərpa olundu

Teledərslərin noyabrın 30-na olan cədvəli

TƏBİB-dən xəbərdarlıq: Yoluxma sayı artarsa...

İbrahimov oxudu, Aqil Abbas rəqs etdi - Video

Söyüdlüdən yeni görüntü: ermənilərlə üz-üzə... - Video

MN-dən sülhməramlılarla bağlı açıqlama - Video

Günün fotosu: Ağılsız lovğalıq, uzun sürəcək başağrısı

Bakıda iki azyaşlı hovuza düşdü - Yeniləndi

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla