Yuxarı

64 obyektdə karantin rejiminə əməl olunmayıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
64 obyektdə karantin rejiminə əməl olunmayıb

İqtisadiyyat Nazirliyi ölkə ərazisində sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) monitorinqlərini davam etdirir.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, noyabrın 19-da keçirilmiş monitorinqlər zamanı Bakının Binəqədi rayonunda “Dəfnə çörək evi”ndə, "Zeytun pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Nəsimi rayonunda “Məntiq kitab evi”ndə, Şəfəq Əliyevaya məxsus ərzaq mağazasında, Xəzər rayonunda Atif Fərziyevə məxsus ticarət obyektində, Səbail rayonunda “Akifoğlu mebel” mağazasında, Fatma Aslanovaya məxsus mağazada, Qaradağ rayonunda Nicat Əliyevə məxsus pərakəndə ticarət obyektində, Nizami rayonunda Baba Şirəliyevə, Tofiq Əsgərova məxsus mağazalarda, Nərimanov rayonunda Fəttah Əliverdiyevə məxsus “Zoo mağaza”da, “Dokta” MMC-yə məxsus “Aptek”də, Yasamal rayonunda “Araz supermarket Elmlər Akademiyası”nda, Müşfiq Əzizova məxsus telefon mağazasında, Suraxanı rayonunda Zülfiqar Şamilova, Mehriban Əsədovaya məxsus mağazalarda, Xətai rayonunda Südabə Zamanovaya, İlkin Abbasova məxsus pərakəndə ticarət obyektlərində, Sabunçu rayonunda Afiq Mahmudova məxsus “Kişi geyimləri” mağazasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinə əməl edilmədiyi müəyyən olunub.

Həmçinin, Gəncə şəhərində “Radiotexnika mağazası”nda, “Proqress market”də, Sumqayıt şəhərində “Chanel ətriyyat mağazası”nda, Anar Əvəzova məxsus ticarət obyektində, Abşeron rayonunda Ehtiram Quliyevə, Vüsal Məmmədova məxsus mağazalarda, Sabirabad rayonunda Ağaşəfi Həsənliyə məxsus ticarət obyektində, Şəmkir rayonunda Xıdır Sadıqova, Azər Rüstəmova məxsus mağazalarda, ümumilikdə 64 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinə əməl edilmədiyi müəyyən olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Tarix
2020.11.21 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla