Yuxarı

Baqratyan: Texnikalarımızın 85 faizi məhv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baqratyan: Texnikalarımızın 85 faizi məhv edildi

Ermənistanın sabiq baş naziri Hrant Baqratyan ölkəsinin Qarabağ döyüşlərindəki məğlubiyyətinin "səbəbini" açıqlayıb.

Axar.az xəbər verir ki, Baqratyan Paşinyan hakimiyyətinin həm siyasi, həm hərbi, həm də təşkilati istiqamətlərdə uduzduğunu etiraf edib. Keçmiş baş nazir erməni ordusunun texnikasının 85 faizinin məhv edildiyini bildirib:

"Mən hansısa sirri açıqlamıram. Çünki azərbaycanlılar hamısını sayırlar və texnikalar onların ərazilərində qaldı․ İndi Ermənistandakı axmaq rəqiblərimiz "Siz sirr yayırsınız" deməyə başlayacaqlar. Məğlubiyyətin siyasi səbəblərinin bir neçə səbəbi var․ Biri Ermənistanın “artsax”ın (Qarabağ - red) "müstəqilliyi"ni tanımamasıdır. Müharibə başlayandan bir saat sonra yazdım ki, dərhal müstəqilliyi tanıyın. Etmədilər. İkinci siyasi səhv antirusiya məqamıdır. Nə qədər istəməsək də, rusiyapərəst dairədə qalmalı, bunu başa düşməliyik".

Baqratyan üçüncü siyasi səhv kimi İranla olan münasibətləri, cənub qonşusunu özlərindən narazı salmalarını göstərib:

“Buna görə də Ermənistan üçün nəzərdə tutulan yüklərin İran ərazisindən keçirilməsinə imkan vermədilər. Dördüncü məqam Gürcüstanla münasibətlərin səviyyəsi idi”.

Sabiq baş nazir daha sonra Çin amilini də qabardaraq belə bir super güclə münasibətlərdə siyasi səhvə yol verildiyini deyib.

Tarix
2020.11.25 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda davamlı sülhün təmin olunması... - Kurtulmuş

Herisçi Təbrizdən danışdı: İranla işləmək istəyiriksə... – Video

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

İlham Əliyev bu mərkəzin açılışında iştirak etdi

İlham Əliyev Yunanıstan prezidentini təbrik etdi

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla