Yuxarı

Bakının 550-i küçəsi dezinfeksiya edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının 550-i küçəsi dezinfeksiya edildi

09:53

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (İ-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.

Axar.az xəbər verir ki, son günlərdə koronavirusa yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq, noyabrın 28-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları növbəti - on yeddinci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirir. Bu işlərə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşı cəlb edilib.

Gün ərzində paytaxtın həm mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrdə dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, Bakı sakinlərinə əvvəlcədən KİV-lər vasitəsilə xəbərdarlıq edilib.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun olaraq qurumun balansındakı yaşayış binalarında, lift kabinələrində, həyətlərdə və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiya tədbirlərini davam etdirirlər.

Qeyd edək ki, geniş dezinfeksiya işlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyanın fəsadlarından qorumaqdır.

Koronavirusun daha da çox yayılmasının qarşısını almaq üçün vətəndaşlardan karantin qaydalarına ciddi riayət etmələri xahiş olunur.

***

Son günlərdə koronavirusa (COVİD-19) yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq noyabrın 28-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda sayca 17-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 550 küçə dezinfeksiya olunub.

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən bildiriblər ki, görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönələn tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etmələri vətəndaşlardan bir daha xahiş olunur.

Tarix
2020.11.28 / 19:08
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN-dən Zəfər Günü ilə bağlı paylaşım - Foto

Ermənilərin rəsmi itkiləri və bizim qazancımız!

Nikoldan Qarabağ açıqlaması: Bu, mənim səhvimdir ki...

Müharibənin ilk saatında HHM-nin yarısını necə itirdik?

Ərdoğan Azərbaycana yola düşdü

Dünyada ət niyə bahalaşır? - Araşdırma

Zəfər Günü ilə bağlı şüarlar “Tayms” meydanında - Video

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla