Yuxarı

Söyüdlü yatağı ilə bağlı ilk rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 25-də 27 illik erməni işğalından azad edilən Kəlbəcər rayonunda yerləşən Söyüdlü (ermənilər "Zod” adlandırır - red.) yatağı ilə bağlı mübahisələr yaranıb. Qeyd edək ki, 112 ton qızıl ehtiyatları olan yataq Cənubi Qafqazda başqa yataqlarla müqayisədə ən yüksək iqtisadi göstəricilərə malikdir - 1 ton filizdə 7,3 qram qızıl.

Axar.az xəbər verir ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinin rəisi Əli Əliyev “Turan”a açıqlamasında yataqla bağlı bir çox məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədi SSRİ vaxtında keçən xətlə bölündüyü təqdirdə "Zod-Söyüdlü” qızıl mədəninin 74%-i Azərbaycanın Kəlbəcər rayonu ərazisində, qalanı Ermənistanda qalacaq:

"Bu yataqda aşqar azdır, qızıl tərkibi çoxdur. Onu istismar etmək asandır. Qafqazın bu ən böyük yatağının tərkibində qızıl az olan hissəsi Ermənistanda yerləşir. Bunu bilən erməni biznesmenlər Kəlbəcər rayonunun işğalından istifadə ediblər və intensiv olaraq məhz zəngin Azərbaycan hissəsində, böyük sahədə işləyiblər, bizim zonadan mümkün qədər çox filiz çıxarmağa çalışıblar. Ermənilər yatağın bizə məxsus olan hissəsini məhv etməyə çalışıblar ki, bizə heç nə qalmasın. Amma əminəm ki, 27 illik işğaldan və vəhşicəsinə mənimsənildikdən sonra da Söyüdlü yatağı boş deyil. Biz yaxın aylarda bu zonanın monitorinqinə, ziyanın qiymətləndirilməsinə başlayacağıq”.

Nazirlik rəsmisi bildirib ki, adıçəkilən yatağın istismarı perspektivlərinin müəyyən texnoloji və digər spesifik məqamları var:

"Bizim son illər "Zod” yatağında operator olan Rusiya şirkəti ilə əlaqəmiz olmayıb. Noyabrın 25-dən etibarən Azərbaycan yatağın əsas hissəsi üzərində hüquqlarını özünə qaytarır”.

Əli Əliyevin sözlərinə görə, noyabrın 27-də nazirlikdə digər qızıl yatağı – Azərbaycanın Zəngilan rayonunda yerləşən Veynəli ilə bağlı müzakirələr aparılıb:

"Biz onunla bağlı bütün məsələləri qaldırmışıq və artıq yaxın günlərdə onun vəziyyətinin monitorinqinə və qiymətləndirilməsinə başlayacağıq".

Ağdərə (Tərtər rayonunun ərazisi) yaxınlığındakı "Qızılbulaq” yatağına gəlincə, nazirlik nümayəndəsinin sözlərinə görə, Tərtər rayonunun qalan hissəsi azad edildikdən sonra o da Azərbaycanın yurisdiksiyasına düşür:

"Bu üç yataq – Söyüdlü, Veynəli və Qızılbulaq 1997-ci ilin avqustunda RV İnvestment-lə imzalanmış PSA müqaviləsinə daxildir. Biz özümüz ilkin monitorinq və qiymətləndirmə apardıqdan sonra bu şirkətin mütəxəssislərini bu yataqların vəziyyətinin qiymətləndirilməsinə cəlb edəcəyik. Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış azad edilmiş ərazilərdəki aktivlərin qiymətləndirilməsi üzrə komissiya fəal işə başlayıb və biz onun işinin, o cümlədən filiz yataqları ilə bağlı işinin nəticələrini daha sonra bölüşəcəyik”.

Tarix
2020.11.28 / 15:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla