Yuxarı

AMAY Abdulla sayt açdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMAY Abdulla sayt açdı

AMAY Ticarət Mərkəzinin rəhbəri, AMAY Abdulla kimi tanınan iş adamı Abdulla Abdullayev sayt açıb.

Musavat.com xəbər verir ki, Abdullaabdullayev.org adlanan saytda hələlik əsasən iş adamının məhkəmələri haqda məlumatlar yerləşdirilir. Onun fəaliyyəti haqda məlumatlar verilir.

Yeri gəlmişkən, qeyd edək ki, mayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində AMAY. Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Sonuncu prosesdə hakim Əfqan Hacıyev iş üzrə zərərçəkmiş şəxslərin məhkəməyə gətirilməsi barədə qərarın hələlik təmin edilmədiyini bildirib. Əlavə edib ki, bu səbəbdən növbəti prosesdə şahidlərin dindirilməsinə başlanacaq.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib. Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir.

Tarix
2015.05.14 / 09:23
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla