Yuxarı

Müharibə veteranlarına şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi ekspert Üzeyir Cəfərov "feysbuk" səhifəsində "Müharibə Veteranları"nı sevindirəcək xəbər paylaşıb.

"Axar.az" Üzeyir Cəfərlinin statusunu təqdim edir:

"Dəyərli dostlarım, yeni 2014-cü təqvim ili yaxınlaşır. Mənim də bu bayram öncəsi hörmətli müharibə veteranlarımıza, döyüşçü dostlarımıza xeyir dolu xəbərlərim var. İnşallah, bir neçə saatdan sonra mən burda o xeyirli xəbərlərdən bir neçəsini bölüşəcəyəm. Bəri başdan demək istəyirəm ki, 2012-ci ilin may ayından bizim qan pulu saydığımız "Müharibə Veteranı" kimi şanlı, varlı və şöhrətli hökumətdən aldığımız 11 manat pulla bağlı çox mühüm qərar var. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə bizə o pullar verilməlidir. O qərar artıq əlimizdədir və burdan o ədalətli və düzgün qərarı vermiş hakimlərə çoxsaylı veteranlarımız adından minnətdarlıq etmək istəyirəm. Dövlət Sosial Müdafiə Fondu yəqin ki, 2014-cü ilin ilk ayında bizim indiyə kimi qeyri-qanuni şəkildə ödənməsini dayandırdığı müavinətlərimizi verməyə başlayacaqdır. Biz yaxın bir neçə günə ƏƏSM naziri cənab Səlim Müslümovdan tələb edəcəyik ki, onun vaxtında yol verilmiş özbaşnalıq və qanunsuzluq aradan qaldırılsın. Qısaca onu deyim ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş "Sosial müavinətlər haqqında" qanun və həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il tarixli, 373 nömrəli Fərmanı isə Azərbaycan Respublikası Prezidentinin 11 manat məbləğində müavinətlə əlaqədar olan 26 dekabr 2001-ci il tarixli, 613 nömrəli və 11 iyul 2005-ci il tarixli, 257 nömrəli fərmanları ləğv etməmişdir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə 01.05.2012-ci il tarixindən ödənilməsi dayandırılan 11 manat müavinətin həmin tarixdən ödənilməsinin davam etdirilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş departamentinə həvalə edilmişdir.
Bu qərarın əldə edilməsində zəhməti olan hər kəsə, xüsusən də hörmətli dostumuz Azər Qasımov cənablarına dərin təşəkkürümü bildirmək istərdim.

Təbrik edirəm, "Müharibə Veteranı" adını həqiqi mənada daşıyan və haqqı olan hər bir kəsi.

Yeni ilə qədər digər sevindirici xəbərlərimiz də gözlənilir..."

Tarix
2013.12.26 / 21:00
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Hikmət Hacıyevlə danışdım, ona dedim ki… – Trampın müşaviri

Paşinyan Makrona da zəng etdi: Bakı ilə razılığı xəbər verdi

Paşinyan Bakını “fakt qarşısında” qoymağa çalışır

Matviyenko Bakıya gəldi

Bu ölkədə yanğın: Azərbaycan başsağılığı verdi

Bakı ilə saziş: Paşinyan Pezeşkiana da məlumat verdi

Putinin iki liderlə birgə Əliyevə zənginin iki səbəbi...

Bu gecə AB kontingenti Dodiki ələ keçirə bilər

Tramp komandasında daha bir türkə yüksək vəzifə verilir

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla