Yuxarı

92 nəfər təltif olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
92 nəfər təltif olundu

Diasporla İş üzrə Dövlət Komitəsi bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib.

Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, təltif olunan soydaşlarımız diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərdikləri xidmətlərə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə həmin medala layiq görülüblər.

"Cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi Azərbaycanlıların Koordinasiya Şuralarında birləşən diaspor təşkilatları ölkəmizin haqlı mövqeyini müdafiə edib, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavab verib. Tovuz hadisələri və Vətən müharibəsi başlayan gündən Azərbaycan Prezidentinin çağırışına cavab olaraq dünya azərbaycanlıları ayağa qalxıb, Azərbaycana dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçirilib, soydaşlarımızın müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanatı ünvanlanıb, dünyanın demək olar ki, hər yerində diaspor fəaliyyəti və aksiyalarla bağlı 26 dildə məlumat yayılıb.

Koronavirus (COVID-19) pandemiyası dövrü göstərdi ki, Azərbaycan dövləti təkcə ölkə daxilində deyil, eyni zamanda xaricdə yaşayan azərbaycanlılara da böyük diqqət və qayğı göstərir. Bu dövrdə 8 mindən çox soydaşımıza maddi və texniki dəstək verilib, 10 minlərlə soydaşımızın isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı əsasında ölkəmizə təxliyyəsi həyata keçirilib.

Diaspor təşkilatları və fəalları ölkəmizin diaspor siyasətinə böyük töhfələr verir və bunun nəticəsidir ki, bu il 30 ölkədə yaşayan 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub", - Dövlət Komitəsindən bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 25.12.2019-cu il tarixli, 899 nömrəli Fərmanı ilə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif etmək səlahiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinə verilib.

Tarix
2020.12.24 / 10:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla