Yuxarı

İsveçdə şəhidlərin xatirəsi yad olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveçdə şəhidlərin xatirəsi yad olundu

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsveçdə yaşayan azərbaycanlılar Vətən müharibəsində şəhid olan soydaşlarımızın xatirəsini yad etmək üçün ölkəmizin İsveçrədəki səfirliyinin önünə toplaşıblar.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının himninin səslənməsi və Vətən müharibəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan anım mərasimində iştirak edən həmyerlilərimiz ürək sözləri ilə çıxış ediblər.

Çıxışçılar bildirib ki, Azərbaycan Ordusunun zəfər yürüşü ilə bu il tarixi ədalətsizliyə son qoyulub və ölkəmizin uzun illər işğal altında olan böyük əraziləri azad olunub. Ölkəmizin azadlığı və bütövlüyü uğrunda həyatından keçib şəhidlik zirvəsinə ucalan vətən övladların şücaətliyindən danışan diaspor fəalları, şəhidlərimizə Allahdan rəhmət və ailələrinə səbr diləyiblər.

Tədbir əsnasında, “Biz şəhidlərimizə ömür boyu borclu olacağıq”, “Vətən sağ olsun”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib.

Tarix
2021.01.01 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla