Yuxarı

Paşayeva daha bir şəhidin atası ilə görüşdü – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva daha bir şəhidin atası ilə görüşdü – Foto

MM-nın Mədəniyyət komitəsinin sədri Q. Paşayeva və RHİMİB sədri A. Bağırova qəhrəman şəhidimiz Röyad Məmmədovun atası Famil Məmmədovla görüşüblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Mahmudavar kənd sakini, şəhid əsgər Röyad Məmmədovun atası Famil Məmmədovla görüşüb.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb.

“Sizin oğlunuz Vətən Müharibəsinin başlandığı ilk gündən döyüşlərə könüllü qatılıb. Azərbaycan Ordusunun əsgəri olan Röyad Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə vuruşub. O, noyabrın 8-də Laçın-Şuşa yolu istiqamətində döyüşlərdə şəhid olub.

Vətən Müharibəsinin şəhidi Röyad Məmmədov Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Röyad kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq!

Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik!” – millət vəkili deyib.

Şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar təqdim edilib.

Tarix
2021.01.01 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

Şımkent-Bakı marşrutu bu sahədə əməkdaşlığı genişləndirəcək

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla