Yuxarı

Millət vəkili döyüş gedə-gedə istehkam qazanlarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili döyüş gedə-gedə istehkam qazanlarla görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsində iştirak edən mülki vətəndaşlarla görüşüb.

Axar.az xəbər verir ki, Azvirt MMC-nin ekskavator masinistləri - Sumqayıt şəhər sakini İlqar Köçəri oğlu Həşimov və Tovuz rayon, Azaflı kənd sakini Elsevər Maarif oglu Abdullayevlə görüşən Qənirə Paşayeva onları düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, yeni təqvim ilində yeni uğurlar diləyib.

Millət vəkili Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocəvənd, Şusa istiqamətlərində gedən döyüşlər vaxtı onların texnika vasitəsi ilə operativ mühəndis istehkam qurğularının yaradılmasında fədakarlıqla iştirak etdiyini xatırladıb, bütün xalqımızın qələbəmiz üçün sıx birləşdiyini, hər kəsin öz sahəsində bacardığını əsirgəmədiyini və böyük qələbəni də bu birliyin, bu fədakarlığın gətirdiyini deyib.

“Əlbəttə, ən böyük missiyanı Ali Baş Komandan və onun rəhbərlik etdiyi Müzəffər Ordumuz yerinə yetirdi. Ancaq xalqımızın qələbə əzmi, dövlətə güvənci və Ordumuzun qüdrətinə sonsuz dəstəyi qısa müddət ərzində bu qədər böyük qələbə qazanmağımızı şərtləndirən səbəblərindəndir”, - millət vəkili qeyd edib.

Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, sizə möhkəm can sağlığı, yeni uğurlar diləyirəm” – millət vəkili qeyd edib.

İlqar Həşimov və Elsevər Abdullayev səmimi qəbula görə Komitə sədrinə təşəkkür edib.

Tarix
2021.01.22 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla