Axar.az
Yuxarı

Axar.Az Logo

DİN-dən Şəmkir polisi ilə bağlı açıqlama: Əsassızdır…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Şəmkir rayonunda polis əməkdaşlarının Vətən Müharibəsində dövlət bayrağını müsadirə etməsi, orduya yardım aparan şəxslərin cərimələnməsi və digər əsassız məlumatlar yayılıb.

Axar.az xəbər verir ki, yayılan məlumatlarla bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında iddiaların əsassız, faktsız olduğunu və həqiqəti əks etdirmədiyini bildirib.

Vətən Müharibəsində kimliyindən asılı olmayaraq, hər kəs kimi polis də üzərinə düşən vəzifələri ləyaqətlə, şərəflə yerinə yetirib. Kimlərsə polis haqqında əsassız iddialar irəli sürürsə, polisi bayrağa, vətəndaşa hörmətsizlikdə ittiham edirsə, həmin şəxsin xarakterində ziddiyyət var.

Şəmkir rayonunda karantin rejim qaydaları ilə bağlı, sanitar-epidemioloji normaların pozulması ilə bağlı tərtib olunan protokollara da toxunan E.Hacıyev əlavə edib ki, sosial şəbəkələrə informasiyanı ötürən şəxsin kimliyi məlumdur, o, öz qanunsuz əməllərini davam etdirmək üçün əsası olmayan məlumatlar yaymaqda maraqlıdır: "Diqqətə çatdırırıq ki, iddiaların hər biri müvafiq olaraq, yoxlanılıb, Hər hansı vətəndaşa qarşı qanunsuz inzibati tənbeh tədbiri tətbiq edilməyib".

Tarix
2021.01.24 / 15:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan elə bir ölkədir ki... – Abram İxiilov

Magistraturaya qəbul imtahanı başa çatdı

Müharibə bizə həm də bunu qaytardı - Bülbüloğlu

Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı

Bakıda əməliyyat: 3 nəfər həbs olundu

Azərbaycana dəstəyə görə bizə təzyiq edildi - Nabiullin

XİN-dən Sumqayıt hadisələri ilə bağlı açıqlama

Ağdamın Eyvazxanbəyli kəndi - Video

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Hərbçimiz minaya düşməyib: həlak olmasının səbəbi... - MN

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla