Yuxarı

Qarabağda ölən erməni əsgərlərin sayı... - Xaçikyan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda ölən erməni əsgərlərin sayı... - Xaçikyan

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən həlak olanların dörd min nəfər olmasına dair məlumatlar inandırıcı görünmür, hesablama metodologiyası anlaşılmazdır.

Axar.az Virtualaz.org-a istinadən bildirir ki, bunu erməni hərbi ekspertlərinə istinadən "Qafqaz qovşağı" yazıb.

Hərbi analitik Ayk Xaçikyan nəşrə bildirib ki, Baş nazir müavininin müharibə zamanı həlak olanların təxminən dörd min nəfər olmasına dair bəyanatı o vaxt doğru olardı ki, hərbi itkilərin hesablanması metodologiyası təqdim olunardı.

"Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, müharibədə həlak olanların və Dağlıq Qarabağda dəfn olunanların nəzərə alınıb - alınmadığı məlum deyil", - deyə o bildirib.

"Mənim müşahidələrimə görə, Ermənistan tərəfinin itkiləri altı mindən az olmamalıdır", - deyə o qeyd edib.

Xaçikyan, həmçinin, pilotsuz aviasiyadan istifadənin rəqibə itkilərinin sayını azaltmağa imkan verdiyini də vurğulayıb.

"Azərbaycan tərəfi əsas itkiləri müharibənin əvvəlində müdafiə xəttini yarmağa çalışarkən verib. Bundan sonra pilotsuz zərbə təyyarələrini daha çox ərazidə, o cümlədən artilleriyanın məhv edilməsi üçün, tətbiq etmək imkanı əldə etdi və bu da rəqibin itkilərinin sayına ciddi təsir göstərdi", - deyə erməni hərbi analitiki bildirib.

Hərbi ekspert Robert Nazaryan da razılaşır ki, PUA-ların tətbiqi Azərbaycan tərəfinin hərbi itkilərini azaldıb.

"Pilotsuz uçan aparatların və texnologiyaların tətbiqinin prioritet vəzifəsi məhz öz itkilərinin azaldılmasıdır", - deyə o, "Qafqaz qovşağı"na açıqlamasında bildirib.

Nazaryan Ermənistan baş nazirinin erməni tərəfindən dörd min nəfərin həlak olması barədə bəyanatını qiymətləndirməkdə çətinlik çəkib. Onun sözlərinə görə də, bu iddialar inandırıcı görünmür. Bununla belə, o, Ermənistan tərəfinin hərbi itkiləri ilə bağlı rəqəm demək istəməyib.

Xatırladaq ki, yanvarın 20-də Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Dağlıq Qarabağda erməni tərəfindən həlak olanların 3439 meyitinin tapıldığını bildirmişdi.

Tarix
2021.01.24 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla