Yuxarı

Gənc veteranları intihardan necə qoruyaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc veteranları intihardan necə qoruyaq?

Müharibə iştirakçıları post-travmatik stress pozuntusu keçirir. Normalda post-travmatik stress pozuntusu travma baş verəndən 3-6 ay müddətində özünü büruzə verməyə başlayır.

Bunu Axar.az-a bəzi müharibə iştirakçılarının intihara meyilli olmasının səbəbləri barədə danışan psixoloq Elnur Rüstəmov deyib. O bildirib ki, müharibə iştirakçıları arasında intihar hallarının olmaması üçün onlara psixoloji yardımlar edilməlidir:

"Bu, təkcə müharibədən deyil, avtomobil qəzasından, yanğın və təbii fəlakətlərdən sonra da insanlarda qeydə alınan psixoloji durumdur. Yəni travmadan sonra yaşanan stress pozuntusudur. Bununla bağlı ötən əsrin 60-cı illərində psixologiyada geniş işlər aparıldı. Post-travmatik stress pozuntusu yaşayan insanların müalicə prosesinə nə qədər müddətin lazım olmasını ilkin dəyərləndirmədən sonra demək olar. Həmin şəxslərin özü də kateqoriyalara bölünür: müharibə iştirakçıları, yaralananlar və s. Burada fərdi seanslardan söhbət getmir. Gərək olarsa, qrup terapiyası və ya təlimlər keçmək lazım olur. Müharibədə iştirak edən şəxslərlə yanaşı onların ailə üzvlərinə də psixoloji dəstək göstərilməsi protokolla vacibdir. Bu, dünya praktikasıdır. Onların cəmiyyətə adaptasiya prosesi aparılmalıdır ki, istər həyatlarında, istərsə də ailə münasibətlərində və digər məsələlərdə problemlər yaranmasın”.

Psixoloq onu da qeyd edib ki, müharibə iştirakçılarına dövlət qurumları və rəsmilərlə yanaşı, vətəndaşların da diqqət göstərməsi vacibdir:

“Müharibə iştirakçılarına tək dövlət rəsmiləri deyil, hər bir vətəndaş diqqət göstərməlidir. Onların cəmiyyətə inteqrasiyası üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Müharibə iştirakçıları özləri də bu prosesdə aktiv iştirak etməlidirlər”.

Tarix
2021.01.27 / 09:21
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Onların ölkəyə qaytarılması üçün sistemli iş aparılır - Nazir

Onlar Azərbaycan vətəndaşlığından məhrum ediləcək!

Əliyev İordaniya baş nazirinin müavinini qəbul etdi

Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla