Yuxarı

Əmrullayev türkiyəli həmkarı ilə bir arada - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmrullayev türkiyəli həmkarı ilə bir arada - Foto

Təhsil naziri Emin Əmrullayev Türkiyəyə səfəri çərçivəsində fevralın 22-də ümummilli lider Heydər Əliyevin Ankara şəhərində yerləşən abidəsini ziyarət edib. Daha sonra Təhsil Nazirliyinin nümayəndə heyəti Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına məktəbi d' ziyarət edib, müəssisədə yaradılan şəraitlə tanış olub.

Nazirlikdən Axar.az-a bildirilib ki, günün ikinci yarısında təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Ziya Səlcuq arasında görüş keçirilib. Görüş zamanı ümumi və peşə təhsili sahəsində qarşılıqlı əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Tərəflər arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un əhəmiyyəti xüsusi şəkildə vurğulanıb.

Görüşün sonunda hər iki nazir mətbuat üçün açıqlamalar verib.

Fevralın 22-də nümayəndə heyəti, həmçinin Ankara Universitetində olub. Ankara Universitetinin rektoru Necdet Ünüvar ilə görüş zamanı təhsil naziri Emin Əmrullayev pandemiya dövründə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün Ankara Universiteti tərəfindən bir sıra ixtisaslar üzrə məsafədən təhsilin təşkilinə görə rektor Necdet Ünüvara təşəkkürünü bildirib.

Nümayəndə heyəti universitetdə Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş tədbirdə də iştirak edib. Tədbir zamanı təhsil naziri Emin Əmrullayev, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim çıxış ediblər.

Tədbirdə, həmçinin Ankara Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Cavid Abdullazadə “Xocalıya akademik baxış” mövzusunda təqdimatla çıxış edib.

Günün sonunda Təhsil Nazirliyinin nümayəndə heyəti Milli Təhsil Nazirliyinə bağlı Ölçmə və Dəyərləndirmə Mərkəzini ziyarət edib və pandemiya dövründə təhsilin təşkilinə dair Türkiyə təcrübəsi ilə yerində tanış olmaq imkanını qazanıb.

Tarix
2021.02.22 / 21:53
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla