Yuxarı

Həbs edilən qadın müəllim və aptek sahibinin işi - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbs edilən qadın müəllim və aptek sahibinin işi - Təfərrüat

150 nömrəli məktəbdə müəllim, daha sonra isə texniki işçi kimi çalışan qadın növbəti dəfə hakim qarşısına çıxarılıb. Narkotik vasitələrin satışında ittiham olunan qadınla birlikdə daha bir nəfər müttəhim kürsüsündə əyləşib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Mirvari Hüseynova və Elşən Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Ramil Cavadov ifadə verib. Şahid baş verən hadisələrdən xəbərsiz olduğunu deyib. Hakim isə ona xatırladıb ki, rəsmi sənədlərdə adı direktor olaraq qeyd edilir.

R.Cavadov deyib ki, Elşən Məmmədlinin xahişi ilə buna razı olub, amma faktiki olaraq aptekin necə işləməsini bilməyib.

Məhkəmə bu ifadəni səmimi və inandırıcı hesab etməyib. Hakim bildirib ki, R.Cavadovun əməlləri ilə bağlı araşdırma aparılmalıdır. Buna görə də onu növbəti prosesdə daha geniş şəkildə dindirəcəklər.

Şahid Gülay Musayeva dindirilən zaman bu işdə adı çəkilən aptekdə satıcı işlədiyini deyib.

Aptek "Molekul" MMC-yə məxsus olub. Şahid deyib ki, dərmanlar aptekə depodan gəlib. O, "Tramadol" və digər narkotik tərkibli dərmanların satışından xəbərsiz olduğunu deyib. Bildirib ki, bəzən bağlı paketlərdə kimlərsə aptekdən mal aparıb.

Gülay Musayeva aptekin direktoru kimi həm Elşən Məmmədlini, həm də Ramil Cavadovu tanıdığını bildirib.

Şahid Yadigar Xəlilov ifadəsində deyib ki, təqsirləndirilən Mirvari Hüseynovanın yuyucu və kafesi olub

Yadigar yuyucuda işlədiyini və Mehriban Hüseynovanın "Tramadol" satmasından xəbərinin olmadığını deyib.

Hakim isə xatırladıb ki, istintaq zamanı Mirvari Hüseynovadan br listi 12 manata tramadol aldığını deyib.

Yadigar Xəlilov hakimin xatırlatmasından sonra bu ifadəsini təsdiqləyib.

Qeyd edək ki, 57 yaşlı M.Hüseynova Bakı Metropolitenində polis tərəfindən saxlanılıb. O, psixotrop dərmanlar satmaqda şübhəli bilinib. Axtarış zamanı onun çantasında 900 ədəd psixotrop "Tramadol" həbi və 56 ədəd "Paden-300” kapsulu tapılıb. M.Hüseynovanın təkbaşına fəaliyyət göstərməyib. M.Hüseynova Elşən Məmmədli ilə əlbir olub. E.Məmmədli Bakıda aptek işlədirmiş.

Tarix
2021.03.08 / 15:33
Müəllif
Axar.az
Digər xəbərlər

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla