Yuxarı

Bu şagirdlər tədrisi distant formada davam etdirəcəklər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şagirdlər tədrisi distant formada davam etdirəcəklər

Bəziləri üçün ənənəvi tədrisə qayıdış düzgün qərar kimi qəbul edilsə də, bir çoxlarına da vaxtında verilməmiş qərar kimi görünür. Mayın 17-dən əyani tədrisin qismən bərpa olunması qərarı müzakirələr və aparılan təhlillərdən sonra verilib.

Axar.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi əyani tədrisə qayıtmağın tərəfdarı olub:

“Uşaqların sosial-psixoloji inkişafı, parta arxasında oturması vacibdir. İnandığımız odur ki, bu anlamda valideynlər övladlarını məktəbə göndərə biləcəklər. X-XI sinif şagirdləri hələ də dərslərini distant formada davam etdirəcəklər”.

E.Əmrullayev bildirib ki, şərait imkan verən məktəblərdə tədris həftədə 5 gün olacaq:

“Şagirdlərin məktəbdə olması və yaşıdları ilə ünsiyyətdə olması vacibdir. Sadəcə çıxılmaz vəziyyətdə qaldıqda distant tədrisə keçid barədə düşünürük”.

Tarix
2021.05.08 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla