Yuxarı

AzTV hesabat verdi: Zərərlə işləyirmiş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzTV hesabat verdi: Zərərlə işləyirmiş

Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AzTV) 2019-cu ili 2,598 milyon manat xalis zərərlə başa vurub.

Axar.az Report-a istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 53,2% və yaxud 2,1 dəfə azdır.

2019-cu ildə AzTV-nin gəlirləri 34,242 milyon manat (2018-ci illə müqayisədə 5,1% çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 32,938 milyon manat (1,4% çox), birja əməliyyatlarından gəlirləri 541 min manat (5,9 dəfə çox), sair əməliyyat gəlirləri isə 763 min manat (əvvəlki il olmayıb) təşkil edib.

İl ərzində səhmdar cəmiyyətinin xərcləri isə 36,75 milyon manat (3,5% az), o cümlədən sərf etdiyi materialların dəyəri 1,017 milyon manat (7,8% çox), əmək haqqı xərcləri 19,021 milyon manat (16,6% çox), amortizasiya xərcləri 4,851 milyon manat (17,4% az), sair əməliyyat xərcləri isə 11,861 milyon manat (20,8% az) təşkil edib.

2019-cu ildə AzTV 90 min manat mənfəət vergisi ödəyib ki, bu da 2018-ci illə müqayisədə 4,7 dəfə çoxdur.

2020-ci i il yanvarın 1-nə səhmdar cəmiyyətinin aktivləri 27,514 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4% azdır. Hesabat dövrünə qurumun öhdəlikləri 4 dəfə artaraq 2,553 milyon manata çatıb, balans kapitalı isə 11% azalaraq 24,961 milyon manata düşüb.

Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident İlham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb.

Tarix
2021.05.16 / 10:04
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla