Yuxarı

Millət vəkili şəhid filoloqun anası ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva şəhid Pərvin İlqar oğlu Təhməzovun anası Əsli Təhməzova ilə Milli Məclisdə görüşüb.

Axar.az xəbər verir ki, şəhidin anası oğlundan danışıb, Pərvinin filoloq ixtisasına yiyələndiyini, həmçinin idmanın cüdo növü ilə intensiv məşğul olduğunu bildirib.

Komitə sədri qeyd edib ki, gənc filoloq və idmançı himnimizdə deyildiyi kimi, hüququndan keçərək, öz ömrünü ölkənin suveren hüquqlarının bərpasına, torpaqlarımızın azadlığına həsr edib:

“Pərvin kimi gənclərimizlə hər zaman qürur duyacağıq. Tanrıya çox şükür, şəhidlərimizin qanı yerdə qalmayıb, düşmən çox ağır məğlubiyyətə uğradılıb”.

Şəhid anasına Qarabağ motivli xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, hərbi xidmətdə kəşfiyyatçı olan Pərvin Təhməzov Kəlbəcər, Ağdərə, Suqovuşan və b. istiqamətlərdə vuruşub, “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ruhu şad olsun!

Tarix
2021.06.22 / 16:08
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla