Yuxarı

20 ölkənin 100-dən artıq nümayəndəsi vebinarda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
20 ölkənin 100-dən artıq nümayəndəsi vebinarda - Foto

Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Əqli Mülkiyyət Hüquqları: Biliklərin Təkmilləşdirilməsi və Təcrübələrin Paylaşılması" mövzusunda vebinar keçirilib.

Axar.az xəbər verir ki, Regional Ofisin təşkilatçılığı ilə baş tutan vebinarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və "Schmitt & Orlov İntellectual Property" beynəlxalq şirkəti, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi də daxil olmaqla, Ümumdünya Gömrük Təşkilatının Avropa Regionunda təmsil olunan 20 ölkənin gömrük administrasiyalarının 100-dən artıq nümayəndəsi iştirak edib.

Tədbirin əsas məqsədi müasir dünyada əqli mülkiyyət hüquqlarının artan əhəmiyyətini vurğulamaq, əqli mülkiyyətin obyektləri, onlara verilən hüquqların qorunması, bu istiqamətdə beynəlxalq əməkdaşlıq, eləcə də əldə olunan son nailiyyətləri nəzərdən keçirmək olub.

Tədbirdə giriş sözü ilə çıxış edən Ümumdünya Gömrük Təşkilatının Nəzarət və Asanlaşdırma üzrə direktoru Pranab Kumar Das əqli mülkiyyət hüquq sahiblərinin hüquqlarının təminatının və mənafelərinin qorunmasının, eləcə də bu sahədə regional strateji tərəfdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Eser Çengel Regional Ofisin ÜGT-nin Avropa region üzv dövlətlərin maraqlarını diqqətə alaraq, əqli mülkiyyət hüquqlarının həyata keçirilməsinin və müdafiəsinin önəmini özündə ehtiva edən tədbirin bu sahədə səmərəliliyin artırılmasına töhfə verəcəyini bildirib.

Sonra Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "Əqli mülkiyyət sahəsinin gömrük orqanları üçün əhəmiyyəti", Ümumdünya Gömrük Təşkilatının "COVID-19 pandemiyası dövründə əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı mübarizədə ÜGT-nin perspektivləri", "Schmitt & Orlov İntellectual Property" beynəlxalq şirkətinin "Saxta məhsulların müəyyənləşdirilməsi və fərqləndirilməsinin üsulları" və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərbaycanda əqli mülkiyyət hüquqlarının tətbiq edilməsi" mövzularında təqdimatları nümayiş etdirilib.

Sonda mövzu ilə bağlı iştirakçıların sualları ətraflı cavablandırılıb.

Tarix
2021.06.22 / 17:27
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla