Yuxarı

TV-də söyüş: problem necə həll edilməlidir? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TV-də söyüş: problem necə həll edilməlidir? - Ekspert

"Onların nə mədəni səviyyəsi, nə intellekti, nə də peşəkar hazırlığı adekvat olmadığından bu hallar təkrar olunur".

Bu sözləri tanınmış media eksperti Zeynal Məmmədli televiziya kanallarında yayımlanan verilişlərdə işlənən qeyri-etik ifadələrlə bağlı Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, bu nöqsanları canlı yayımda da aradan qaldırmaq mümkündür:

"Video formasında hazırlanan verilişdə qeyri-etik ifadələr olan hissəni asan şəkildə aradan qaldırmaq olur. Amma söhbət canlı yayımlanan verilişdən gedirsə, burada təbii ki, redaktorun, aparıcının öz məsuliyyəti və hər ikisinin daimi əlaqəsi söhbət mövzusudur. Üstəlik, texniki imkan da var – televiziya siqnalının ötürülməsi 20 saniyə zaman alır. Özəlliklə peyk yayımında bu zaman daha da çoxalır. Ona görə də redaktorun canlı yayımı tamaşaçıdan daha əvvəl görmək imkanı var və redaktor, rejissor bu 20 saniyədən maksimum istifadə etməlidir. Əgər o cür qeyri-etik bir ifadə gedirsə, elə həmin an onu başqa bir siqnala çevirmək olar. Diqqətli olsalar və redaktorla aparıcı əlaqəsi normal olsa, bunun qarşısını almaq həmişə mümkündür. Bu imkanlar ola-ola efirə qeyri-etik ifadələrin getməsinin səbəbi məsuliyyətsizlik, diqqətsizlikdir. Şou verilişləri komandasının nə mədəni səviyyəsi, nə intellekti, nə də peşəkar hazırlığı adekvat olmadığından bu hallar təkrar olunur. Hər dəfə bunun səbəbini konkret olaraq aparıcıda və ya redaktorda axtarmağımız da yanlış olar. Bu, bütövlüklə televiziya sisteminin söyüşüdür, ədəbsizliyidir. Nə qədər ki, bunu anlamırlar, bu cür hallar dəfələrlə təkrar olunacaq".

Xatırladaq ki, "Speys" TV-nin efirində Samir Biləsuvarlı adlı müğənninin söyüşdən istifadə etməsi sosial şəbəkədə yayımlanandan sonra bütövlükdə televiziyaların canlı efirində qeyri-etik ifadələrin işlədilməsi və proqram rəhbərlərinin bunların qarşısını almaması ciddi müzakirə olunmaqdadır.

Tarix
2015.07.01 / 09:28
Müəllif
Nigar An
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla