Yuxarı

İzmirdəki provokator Azərbaycan türklərindən nə istəyir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İzmirdəki provokator Azərbaycan türklərindən nə istəyir?

Türkiyənin İzmir şəhərində yaşayan, özünü jurnalist kimi təqdim Pınar Etci uzun müddətdir “azeri” adı altında azərbaycanlılara qarşı kampaniya aparmaqla məşğuldur.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, sözügedən jurnalist azərbaycanlıların və suriyalıların Türkiyəni işğal etdiyini deyərək, etnik ayrı-seçkiliyi təbliğ edir. Onunla eyni düşüncədə olanlar da şərhlərdə xoşagəlməz rəylər yazırlar. Bu məsələni Türkiyənin Alanya şəhərində yaşayan jurnalist həmyerlimiz Nigar İbrahimova qaldırıb, nəticədə Pınar Etcinin sosial şəbəkə üzərindən təzyiqi ilə üzləşib. O, Nigar İbrahimovanı Türkiyədə qaçaq işçi kimi çalışmaqda ittiham edib.

Nigar İbrahimova isə bildirib ki, hazırda bu həqarətləri ilə bağlı Pınar Etcini məhkəməyə verib və yaxın günlərdə məhkəmə çəkişmələri başlayacaq. Nigar İbrahimova Türkiyədə yaşayan azərbaycanlı jurnalistdir, ANS-dən başlayan uzun jurnalist fəaliyyəti keçib. Hazırda Türkiyənin Alanya şəhərində DİM media qurumunda Azərbaycan və Türkiyənin maraqları, qardaşlığı, ortaq mənafeləri üçün çalışır. Pınar Etci bu fəaliyyətinə görə N.İbrahimovanı da hədəfə alır və onun haqqında olan-olmaz ifadələr işlədir. Onun guya Türkiyədə qaçaq çalışdığı, qanunsuz yaşadığı haqqında iddialar irəli sürür. Halbuki həmyerlimiz 18 ildir Türkiyədə yaşayır və 13 ildir ki, Türkiyə Cümhuriyyəti vətəndaşıdır.

N.İbrahimova Pınar Etcinin Azərbaycan türklərinə qarşı demək olar ki, mənəvi terror həyata keçirdiyini, gün ərzində bir neçə status yazaraq özünə tərəfdar toplamağa çalışdığını deyib:

“Biz heyrət içində bu prosesi seyr edirik, ancaq bununla yanaşı millətimizin şərəf və ləyaqətini, maraq və mənafeyini qorumaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindəyik. Türkiyədə yaşayan və Azərbaycanı sevən dostlarımız da bu prosesi pisləyirlər. Mən əminəm ki, bu şəxs qısa müddətdə məhkəmə yolu ilə susdurulacaq və layiqli cavabını alacaq. Lakin bununla yanaşı xahiş edirəm ki, Azərbaycan ictimaiyyəti, ictimai-siyasi xadimləri, mətbuat nümayəndələri, yazarları məsələyə münasibət bildirsinlər, bunu pisləsinlər. O cümlədən Türkiyənin Azərbaycandakı səfirliyinə də müraciət edirəm ki, bu məsələni öz hökuməti qarşısında qaldırsın”.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə bu məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinin məlumatlandırıldığını bildirib. Yaxın zamanda baş verənlərlə əlaqədar gəlişmələrin olacağı gözləniləndir.

Tarix
2021.06.23 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla